Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:53

Şərif Ağayarın yeni kitabı təqdim olundu


Fevralın 5-də “Əli və Nino” kitab mağazasında istedadlı yazar Şərif Ağayarın yeni nəşr olunan “Aftafalı Antrakt” kitabının təqdimat mərasimi və imza günü keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq gördüyü mənzərədən təəccübləndiyini dedi:

“Bir ildir, burada imza günləri keçirilir. Amma hələ indiyədək belə qələbəlik olmamışdı. Bu günü əsl kitab bayramı hesab etmək olar”.

Kitabın redaktoru tənqidçi Əsəd Cahangir Şərif Ağayarı bir yazıçı və insan kimi 10 ildir tanıdığını bildirdi.

Şərif Ağayarın yaradıcılığı barədə məlumat verən tənqidçinin sözlərinə görə, o, 90-cı illərin sonlarında aşıq poeziya nümunələri yazmaqla ədəbiyyata gəlib:

“Bu kitabdakı hekayələr müxtəlif illərdə qəzet və jurnallarda, internet saytlarında yayımlanıb, ədəbiyyat adamlarının, tənqidçilərin diqqətini çəkib, müzakirələrə səbəb olub.

Şərif həqiqətən yaxşı nasirdir, gələcəyin romançısıdır.

Mən kitab barədə çox məlumat vermək istəmirəm. Oxumağı məsləhət görürəm”.

Xalq yazıçısı Əkrəm Əylisli, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu, yazıçı-jurnalist, millət vəkili Aqil Abbas, yazıçı-dramaturq Əli Əmirli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Şərif Ağayarı müasir dövr ədəbiyyatının maraqlı və istedadlı nümayəndələrindən biri kimi qiymətləndirdilər, onun gələcəkdə bir romançı kimi yetişəcəyinə inandıqlarını vurğuladılar.

Sonda müəllif tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək kitabın Qarabağ yox, Qarabağ insanı haqqında olduğunu bildirdi.

Tədbir müəllifin imza mərasimi ilə yekunlaşdı.

Qeyd edək ki, “E.L.” nəşriyyatında çap olunan kitab “Laçınsız ilk gün”, “Antrakt” və “Kosmos əsrinin gerçəkləri” bölmələrindən ibarətdir.

Kitabda yer alan povest və hekayələrin çoxu son illər yaşanan hadisələrdən, Qarabağ faciəsinə düçar olmuş insanların çətin həyatından bəhs edir.

Bundan öncə yazarın “Səhra məsnəvisi” (şeirlər) və “Kərpickəsən kişinin dastanı” (povest) kitabları işıq üzü görüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG