Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Misirdə yenə etirazlar qızışır


Misirdə, Qahirədə minlərlə adam yenə Tahrir meydanına toplaşıb. Eirazçılar president Hüsnü Mübarək istefaya getməyənə qədər aksiyanı davam etdirmək niyyətindədirlər.
30 ildir ölkəyə rəhbərlik edən Mübarəkə qarşı etiralar artıq 3-cü həftədir ki davam edir. Müxalifət bu gün və cümə ügünü Mübarəki istefaya məcbur etmək üçün daha çox adamı etiraza qoşulmağa çağırır.

Mübarəksə bildirib ki, sentyabrda səlahiyyələtri bitənə qədər istefa vermək fikri yoxdur. ABŞ növbəti dəfə Misirdə hakimiyyətin təhvil verilməsinə çağırır.

Vitse-prezident Omar Suleyman deyib ki, hökumətin hakimiyyət keçidini dinc yolla təmin eləmək üçün planı var. Süleyman etirazçılara qarşı da heç bir represseyilar olmayacağına söz verib.
Hələ ki müxalifətlə danışıqlarda önəmli irəliləyiş əldə edilməyib.

Misirdə etirazlar başlayandan 300 nəfər həlak olub, ölkə iqtisadiyyatına hər gün 310 milyon dollar ziyan dəyir.
XS
SM
MD
LG