Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:30

Səhiyyə sistemində 21 rəhbər işçi vəzifəsindən çıxarılıb


Səhiyyə Nazirliyində yanvarın 31-də keçirilmiş kollegiya iclasından sonra xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin saytında yerləşdirilmiş xəbərdə bildirilir ki, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib.

Həmin şəxslərin işdən çıxarılması və tənbeh edilməsinin əsas səbəbi əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verdikləri nöqsanlar olub.
XS
SM
MD
LG