Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:18

İran Hollandiyanı ittiham edir


İran bu gün Hollandiya hökumətini onunla diplomatik əlaqələrə son verməsinə görə tənqid edib. Hollandiya həm onun, həm də İranın vətəndaşı olan Zəhra Bəhraminin edamından sonra öz səfirini Tehrandan geri çağırıb.

Zəhra Bəhrami narkotik ticarətində günahlandırılıb, amma yaxınları onun sonuncu prezident seçkisindən sonra keçirilən etiraz aksiyalarında iştirakına görə həbs olunduğunu bildiriblər.

İrannın xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyir ki, "ölkələr özlərini mədəni kimi qələmə verirlər". Onun sözlərinə görə, hadisə narkotik cinayətkarlığı ilə bağlı idi, amma İrana insan hüquqları ilə bağlı siyası təzyiq edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG