Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:03
«Azadlıq» qəzetində çıxan «İLHAM ƏLİYEVİN «İNQİLAB HAZIRLIĞI» məqaləsində yazılır ki, «İlham Əliyev Şərqdə yeni demokratikləşmə dalğasından narahat olub. Bunu onun Obamaya vasitəçi axtarmasından, müxtəlif nazirliklərə «rüşvəti müvəqqəti dayandırın» komandası verməsindən, fəallaşan gəncliyin nümayəndəsinin cibinə narkotik atdıraraq həbs etdirməsindən anlamaq olur».

Qəzet politoloq Vəfa Quluzadə ilə müsahibəni «AVTORİTAR REJİMLƏRİN HAMISINDA İNQİLAB OLA BİLƏR» başlığı altında dərc edib. Politoloq müsahibəsində bildirib ki, «bütün avtoritar rejimlər başa düşməlidirlər ki, insan hüquqlarının bərqərar olması hakimiyyətlərin xeyrinədir. İnsan hüquqları qorunanda, sərbəst toplaşmaq mümkün olur. Etirazlar indikator kimi göstərir ki, ölkədə təhlükə var. İnqilab ola bilər. Tədbir görün. Onlar da tədbir görürlər və inqilab olmur. Özləri də hakimiyyətdə rahat qalırlar. Amma kim ki bunları yaxın buraxmır, onda vəziyyət gərginləşir».

«Yeni Müsavat» qəzeti psixoloq, «Mediaforum» saytının rəhbəri Azər Qaraçənli ilə «ÜSYAN XALQIN ÖZ POTENSİALINI REALLAŞDIRMAQ YOLUDUR» başlıqlı müsahibə dərc edib.

Azər Qaraçənli bildirib ki, Tunisdə, Misirdə baş verən hadisələrə münasibətdə azərbaycanlılar ən ləyaqətli insanın əhvalındadır: «o, kədərli, qəzəbli və nigarandır. Misirdə də, Tunisdə də xalq avtoritar rejimə qarşı mitinqlərə çıxıb, hər iki ölkədə rejim xalqa güllə atıb, yüzlərlə adam öldürülüb, minlərlə adam yaralanıb. Azərbaycan insanı bu qırğına ürək ağrısı ilə, qırğını törədən rejimlərə qəzəblə, hadisələrin gedişinə nigarançılıqla baxır. Bu, çox ləyaqətli yanaşmadır. Tunisdə 20 illik diktatura devrildi, Misirdə 30 illik diktatura devrilməyə yaxındır. Azərbaycan insanı buna sevinir və ağrı, qəzəb, nigarançılıqdan sonra gəldiyinə görə bu da ləyaqətli sevincdir».

«Bizim yol» qəzeti isə «KORRUPSİYA DANLAĞI BİTDİ, HAQQ YIĞIMI BAŞLADI» başlıqlı məqalədə Sumqayıtda sahibkarın müfəttişlərin hücumuna məruz qalmasından bəhs olunur.

Qəzet ötən həftə bir sıra nazirliklərin anti-korrupsiya müşavirələrinə toxunaraq yazır ki, bunların sırasında sahibkarların daha çox şikayətləndiyi Vergilər Nazirliyinin kollegiya iclasında nazir Fazil Məmmədovun çıxışı maraq doğurur. Sumqayıtda isə sahibkarlar hücumlara məruz qalır.

«Yeni Azərbaycan» qəzetində «ƏSASSIZ YOXLAMALARIN APARILMASINA QARŞI SİSTEMLİ TƏDBİRLƏR GÖRÜLÜR» başlıqlı məqalə dərc olunub.

Qəzet yazır ki, «hazırda ölkəmizdə azad sahibkarlığın inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin əsas məqsədi sahibkarların təşəbbüskarlığını artırmaqla onların ölkənin inkişafına dəstək vermək imkanlarını yüksəltməkdir. Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı öz növbəsində dövlətin stabil inkişafına müsbət təsir edir. Sahibkarlığın inkişafı üçün azad rəqabət mühitinin təmin edilməsi və özəl müəssisələrdə aparılan əsassız yoxlamaların ləğvi zəruridir. Buna görə də, müvafiq dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, əsassız yoxlamaların aparılmaması, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiya hallarına yol verilməməsi vacib şərtlər kimi qarşıya qoyulub».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG