Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:57

Mübarək zorakılığı araşdırmaq üçün komissiya yaradıb


Hökumət Qahirədə iki həftədir davam edən etiraz aksiyalarının sona çatmasını istəsə də, fevralın 7-də Misirin Tahrir meydanında yenə də aksiya davam edib. Həftənin birinci günü hökumət bəzi müxalifət liderləri ilə görüşüb.

Onların arasında "Müsəlman Qardaşlığı" da olub. Danışıqlardan sonra müxalifət bildirib ki, vəd verilən dəyişiklik kifayət deyil.

Hökumət isə dəyişiklərin başında Hüsnü Mübarəkin dayanmalı olduğunu bildirir.

Minlərlə etirazçı bu gecə yenə meydana yığışıb və tələb ediblər ki, Hüsnü Mübarək təcili istefa versin.
Hökumət konstitusiya və digər siyasi-iqtisadi dəyişikliklərlə bağlı vəd verir.

Rəsmi MENA xəbər agentliyi xəbər verir ki, Hüsnü Mübarək ötən həftə ölümlə müşahidə olunan zorakılığı araşdırmaq üçün göstəriş verib.

Hüquq müdafiəçiləri bildirirlər ki, yanvarın 25-də etiraz aksiyaları başlayandan bəri Misirdə təxminən 300 adam öldürülüb. Ölkəyə 310 milyon dollardan çox zərər dəyib.
XS
SM
MD
LG