Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:03

Rusiyada Valentin Günü ləğv edildi


Rusiyanın cənubunda Belqorod şəhər rəhbərliyi Valentin günü və Halloween bayramı ləğv edilib. Qubernatorun müavinin imzaladığı sərəncamda deyilir ki, heç bir təhsil, mədniyyət və ya başqa müəssisədə bu bayramların keçirilməsinə icazə verilmir.

Səbəb kimi də həmin bayramların gənclərə təsiri və həmin bayramların ənənəvi rus mədəniyyətinə zidd olduğu göstərilir.

Bu şəhərdəki universitet də fevralın 14-ə əvvəlcədən planlaşdırılmış konsert və diskonu ləğv edib. Yerli zoopark da cütlərə qiymətlərdə endirim kampaniyasını dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG