Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:19

BMT qızların sünnət edilməsinə son qoymağa çağırır


BMT-nin rəsmisi bildirib ki, qız uşaqlarının sünnət edilməsi fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır və bu, hər il 3 milyon qızın həyatını təhlükəyə atır. BMT-nin Uşaq Fondu olan UNİCEF və Əhali Fondunun rəhbərləri fevralın 7-də qızları sünnət edən ölkələri bu təcrübəni dayandırmağa çağırıb.

BMT artıq üçüncü ildir ki, qızların sünnətinə qarşı kampaniya aparır. təşkilat bildirir ki, indiyə qədər Misir, Efiopiya, Keniya və Seneqal kimi ölkələrdə 6000 icma bu təcrübədən əl çəkib.

Həkimlər bildirirlər ki, qızların sünnət edilməsi uzunmüddətli qanaxmalara, iltihaba və ölümə səbəb ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG