Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

İcra başçısının müavini və baş memar həbs olunub


Vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb

Vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb

Mağazasının sökülməsinə etiraz olaraq intihar edən Şəki sakini Hikmət Səlimovun ölümü ilə əlaqədar iki məmur həbs olunub.

Məlumatı Respublika Prokurorluğu yayıb. Açıqlamada bildirilir ki, fevralın 3-də Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanov və baş memar Yusif Abdurahmanov məhkəmə qərarı olmadan mağazanın sökülməsi üçün göstəriş veriblər:

«Həmin tikililərin bir hissəsinin traktor-ekskavatorla uçurulub-dağıdılmasına nail olublar. Bununla da fiziki şəxsin konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozublar».

Baş Prokurorluq bildirir ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Elfanə Səlimovaya ayrılan 30 kvadratmetr ərazidə onun atası Hikmət Səlimov icazəsiz mağaza və talvar inşa etdirib. Orada qanunsuz küçə ticarəti aparılıb. Bununla əlaqədar Şəki şəhər bələdiyyəsi Hikmət Səlimova rəsmi xəbərdarlıq edib. O, inzibati xəta törətməkdə təqsirli bilinərək 20 manat cərimələnib.

Məlumatda qeyd olunur ki, Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanov barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hikmət Səlimov mağazasının sökülməsinə etiraz olaraq fevralın 3-də Kiş çayının üzərindəki körpüdən özünü ataraq intihar edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG