Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

Yerli administrasiyanın başçısı güllələnib


Əfqanıstanın Host əyalətində yerli administrasiyanın başçısı güllələnib. Sayed Mohammed işə gedəndə maşınında həlak olub. Yerli polisin məlumatına görə, onun maşınını hərbi geyimdə olan 4 silahlı saxlayıb.

Qətllə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üstünə götürməyib.

Son vaxtlar Əfqanıstanın şərqində yerli hökumət nümayəndələrinə bir neçə dəfə hücum ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG