Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:48

Xoşbulağa qaz çəkilir


Burada indiyədək heç vaxt mavi yanacaq olmayıb.

Bu barədə Daşkəsən rayon Qaz İstismar İdarəsinin rəis müavini Təbriz Məmmədov məlumat verib. O bildirib ki, Daşkəsən rayonunun mərkəzindən 7 km məsafədə yerləşən Xoşbulaq kəndinin 3 mindən artıq sakini mavi yanacaqla təmin olunacaq.

Kəndə 16 min 800 metr uzunluğunda qaz xəttinin çəkilməsi planlaşdırılır. Hazırda rayonun mərkəzindən magistral qaz xətti çəkilir.

«Azəriqaz» İstehsalat Birliyi tərəfindən bütün işlər başa çatdıqdan sonra qaz abonentləri üçün tənzimləyici qurğular və smart-kart tipli sayğaclar da quraşdırılacaq.

Mart ayında Xoşbulağın qazla tam təmin olunacağı gözlənilir. 2013-cü ilə kimi isə Daşkəsən kəndlərinin qazlaşdırılmasını başa çatdırmaq planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG