Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:46
"Kreml anlayır ki, Qarabağ münaqişəsi həll olunsa, bölgədə Qərbin nüfuzu artmağa başlayacaq"

Amanda Paul “Today”s zaman” qəzetində yazır ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdlərini artırmalıdır.

Çünki sülh danışıqlarının indiyəcən nəticə verməməsi yeni müharibə təhlükəsi yaradır.

Müəllifin fikrincə, münaqişəyə vasitəçilik edən dövlətlərdən biri - Rusiya bir tərəfdən regionda yeni müharibənin başlanmasını istəmir, o biri tərəfdən isə anlayır ki, əgər Qarabağ münaqişəsi həll edilsə, bu, getdikcə Qafqazda Qərbin nüfuzunun artmasına yol açacaq.

Amanda Paul yazır ki, buna görə Rusiya hazırkı nə hərb, nə sülh vəziyyətini mümkün olduqca uzatmaq, beləliklə də regionda daha da güclənmək istəyir.

Müəllif hesab edir ki, nə qədər ki, Rusiya və Çin bölgənin aparıcı güclərinə çevrilməyib, Avropa Birliyi Qarabağ münaqişəsinin həllində daha böyük rol oynamaq üçün səylərini artırmalıdır.

"İkinci İran", yoxsa "ikinci İraq"?

Reuel Marc Gerecht “New York Times” qəzetində dərc edilmiş “Demokratiya necə halal oldu?” məqaləsində yazır ki, prezident Mübarəkin siyasi səhnədən getməsindən sonra Misirin “ikinci İran”a çevriləcəyi haqda ehtimallar inandırıcı görünmür.

Müəllif xatırladır ki, 1979-cu ilin İran inqilabı hakimiyyətə islamçıları gətirsə də, bir müddət sonra insanlar mollalardan daha geniş azadlıqlar istəməyə başladı.

Qahirənin Təhrir meydanında namaz
Son prezident seçkilərindən sonra baş qaldıran kütləvi etirazlar insanların öz hakimiyyətlərini öz səsləriylə formalaşdırmaq istəklərinin pik nöqtəsi idi.

Düzdür, “Müsəlman qardaşlığı” Misirdə böyük qüvvədir və prezident Mübarəkin hakimiyyətdən getməsindən sonra siyasi arenada mühüm rol oynayacaq.

Amma məqalə müəllifi yazır ki, bir zamanlar sünni radikalizminin mənbələrindən olmuş bu təşkilatın özü də son illərdə evolyusiyaya məruz qalıb. Artıq bu təşkilat “İslam bütün sualların cavabldlr” metodu ilə fəaliyyət göstərmir.

Müəllif qeyd edir ki, “Müsəlman qardaşlığı” insanların küçələrə çıxıb azad seçki tələb etməsi tendensiyasını öz siyasi platformasında nəzərə almaya bilməz.

Ona görə də Mübarəkdən sonra Misirdə “ikinci İran yox”, “ikinci İraq” yarana bilər. Yəni sünni təşklatıları dünyəvi, demokratik, seçkili sistem daxilində işləməyə başlaya bilərlər.

Müəllif ona da diqqət çəkir ki, sünni partiyalarının bir özəlliyi də odur ki, onlar şiələr kimi ayətullaların, öz fitvaları ilə ictimai-siyasi həyatı tənzimləməyə çalışan ruhanilərin diqtəsilə hərəkət etmirlər. Ona görə də onların demokratik sistemi “halal” kimi qəbul etməsi daha asan ola bilər.

Amerikalılar "demokratiya ixracı" haqda nə düşünür?

“Pew” Araşdırmalar Mərkəzinin İnternet saytı isə təşkilatın son sorğusunun nəticələrini dərc edib.

“Amerikanın dünyadakı yeri” adlanan sorğuda amerikalılardan soruşublar ki, öz ölkələrinin xarici siyasətində hansı istiqamətlərin əsas olmasını istərdilər.

Respondentlərin 21 faizi hesab edir ki, Amerika üçün xaricdə demokratiyanı yaymaq prioritet olmalıdır.

Müqayisə üçün deyək ki, 2005-ci ildə - prezident Buşun dövründə bu göstərici 25 faiz idi.

“Amerikanın xarici siyasətinin prioritetləri” siyahısında “demokratiyanı dünyada yaymaq” indi 11-ci sırada yer alır.

Əsas prioritetlər isə “ölkəni terror hücumlarından qorumaq” və “ölkədəki iş yerlərini qorumaq”dır.

Bunların hər ikisini amerikalıların 85 faizi “ABŞ siyasətinin prioriteti” sayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG