Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:51

Hollandiya İrandakı səfirini geri çağırır


Hollandiya İrandakı səfirini geri çağırır. Səfirin geri çağrılması Hollandiya və İran vətəndaşı olan Zəhra Bəhraminin edamı ilə bağlıdır.

Hollandiya XİN-dən bildiriblər ki, səfir fevralın 10-u Hollandiyaya gələcək.

Hollandiya ilə İran arasında diplomatik münasibətlər 45 yaşlı Zəhra Bəhraminin keçən ay edam olunmasından sonra pisləşib. O narkotik maddə qaçaqmalçılığında ittiham olunub.

Edam olunan qadının yaxınları isə ittihamı qəbul etmir. Bəhraminin edamının 2009-cu ildə hökumət əleyhinə etiraz aksiyalarında iştirak etməsi ilə bağlı olduğunu bildirirlər.
XS
SM
MD
LG