Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

Demokratiya İslama dost ola bilərmi?


Yəməndə etirazçılar hökumətin istefasını tələb edir
Yəməndə etirazçılar hökumətin istefasını tələb edir
Yaxın Şərqdə milyonlarla adam azadlıq istəyir, şərqi avropalıların bir zamanlar istədiyi kimi. İyirmi il qabaq Qərb nümunəydi, ancaq indi o öz dəyərlərinə xəyanət edir. Bununla da Qərb düşmənini – radikal islamçıları gücləndirir.

“Altmış ildir Yaxın Şərqin Qərb ölkələrindən asılı olmaması, onlara məhdud azadlığın verilməsi bizi təhlükəsiz etmədi. Ona görə ki, sabitlik azadlıq hesabına satın alına bilməz”. Kiçik Corc Buş belə demişdi. Qərb xoş sözlərdə və nəzakətli davranışda xəsislik etmirdi. Çatişmayansa düzgün siyasətin yeridilməməsi və Qərb dəyərlərinə inamsizlıq idi.

Qərbin demokratiya vədləri..və gerçəklər
Dünyada çox az yer var ki, ikili standartlar Yaxın Şərqdəki qədər parlaq görünsün. Qəzza sektorunda mühasirəyə alınmış 1,5 milyon fələstinlinin qulaqlarında Qərbin azadlıq və demokratiya haqqında sözləri Brejnevin zəbt olunmuş Polşa haqqında tərifləri kimi qədər inandırıcı səslənir.

Həqiqətən də Qərbin ən yaxın müttəfiqləri Fələstin xalqını həbsdə saxlayanlardır. Heç bir ölkə İsrail və Misir qədər ABŞ-dan xarici yardım almayıb. Həmin pulun böyük hissəsi də hərbi qüvvələrə ayrılıb.

Düzdür, bu yerdə ABŞ müdafiə sənayesinin gəlirləri də kifayət qədərdir. İndi Qahirənin Təhrir meydanında etirazçıların başı üstündə uçan Misirin reaktiv F16 qırıcı təyyarələri də, İsrailin Qəzza zolağında patrul çəkən M60 tankları kimi ABŞ istehsalıdır.

Əlbəttə ki, Mübarək rejimi ötən illər ərzində Qərbə böyük xidmətlər göstərib. Yəni həm İsrailin təhlükəsizliyinə, dayanıqlılığına yardım etməklə, həm Süveyş kanalıyla sərbəst keçid imkanı yaratmaqla, həm də radikal İslamı buxovlamaqla. Bunlar hamısı təbii ki, qanuni maraqlar idi.

Problem ondadır ki, Qərb və İsrail buna nail olmaq üçün qanunsuz vasitələrdən istifadə edirdilər. Fövqəladə vəziyyət haqda qanunla idarə olunan, göz qırpmadan seçkiləri saxtalaşdıran, işgəncə və təqiblərdən yararlanan, polis gücünə idarə olunan və tezliklə 30 illiyini qeyd edəcək rejimə dəstək əlbəttə qanunsuz idi.

Satın alınan sülhün sonu
Buş düz deyirdi ki, “sabitlik azadlığın hesabına satın alına bilməz”. Doğrudan da satın alınan sülh erası bitdi. Tunis, İordaniya və Yəməndə baş verən hadisələrdə biz ərəb dünyasında yeni eranın başladığını, oyanışı gördük. Ola bilər ki, Şərqi Avropa 20 il qabaq Sovet əsarətindən qurtulduğu kimi ərəb dünyası da Qərbin köhnə avtokratiya buxovundan azad olmaq istəyir. Amma Bu dəfə Qərb azadlıq carçılarının yanında deyil, əzab verənlərin müttəfiqidir.

Almaniya xarici işlər nazirinin Mübarək rejimini “uzunmüddətli siyasi davamiyyətinə” görə tərifləyərək onu “regionda sabitliyin lövbəri” adlandırmasından heç bir il də keçməyib.

Qərb bu sındırılmış inamın yarasını necə sağaldacaq. Bu yəqin ki, bu gün baş verməyəcək. Dəyişiklik küləyi bir az əvvəl qasırğaya dönəndə belə, Vaşinqtonu vəziyyətə uyğun, aydın söz tapmağa məcbur edə bilmədi. ABŞ Dövlət Katibi “səliqəli keçid” haqqında mızıldananda, dünyanın baxdığı kişi susqunluğunu saxlayırdı. Görünür ABŞ prezidenti Barak Obama tarixin və Qərbin imperiya maraqları girovuna çevrilmiş milyonlarla gənc insanın azadlıqları üçün inamlı nəsə fikirləşə bilmirdi.


Bir neçə həftə əvvəl Qəzza zolağındakı gənclər Vaşinqtonda, Londonda və ya Berlində qurulmasından asılı olmayaraq Qərbin Yaxın Şərq siyasətiylə bağlı ən kəskin iradını bildirmişdi: “Biz azad olmaq istəyirik. Biz normal yaşamaq imkanına sahib olmaq istəyirik. Biz sülh istəyirik. Biz çox şeymi istəyirik?”Ancaq həmin gənclər suallarına cavab almaq üçün artıq Qərbə doğru dönə bilmirlər.

Qərbin ikiüzlüyü və islam radikallığı
Bu rədd etmənin təhlükəli sonluğu aydındır. Döyüşkən İslamın ən böyük müttəfiqi Qərbin ikiüzlülüyüdür. Yenə və yenə Qərb öz dəyərlərini Yaxın Şərqdə inkar edir. Avtokratiyanın demokratiya üzərində qələbəsinə zəmin yaratmaqla.

Amma bu da var ki, hərdən insanlar qarşı çıxdıqları nədənsə güclü təsirlənirlər.
Avtokratiya ərəb rejimlərində İslamizm əleyhinə sipərdir. İndi demokratiya İslamizmin müttəfiqinə çevrilə bilər. İstənilən halda HAMAS Qəzza sektorunda 2006-cı ildə azad seçkilərdə qalib gələrək üzə çıxdı. İndi Müsəlman Qardaşları dünyəvi Misiri müdafiə etmək öhdəliyini götürürlər.

Islam qruplaşması hakimiyyətə gələndən sonra bu öhdəliyi hara qədər yerinə yetirəcək o da başqa sualdır.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG