Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:53

Baradei hökumətlə müxalifətin danışıqlarını qeyri-şəffaf adlandırıb


Hökumətin siyasi böhrana son qoymaq məqsədilə verdiyi təkliflər problemi aradan qaldırmaq üçün yetərli deyil. Bunu Misir müxalifəti bildirib.

Prezident Hosni Mubarakin istefası tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarının ardınca Müsəlman Qardaşlığı və bir sıra digər siyasi qruplar hökumətlə danışıqlarda iştirak ediblər.

Danışıqlarda konstitusiyaya dəyişiklik etmək təklifi ilə çıxış edən hakimiyyət nümayəndələri bildiriblər ki, tərəflər martın birinci həftəsinə qədər hakimlərdən və siyasətçilərdən ibarət komitə yaratmaq barədə razılığa gəliblər. Bu komitə zəruri islahatları müəyyən etməlidir. Hökumət bu islahatlar ərzində Hosni Mubarakin prezident vəzifəsində qalacağını da bildirib.

Danışıqlarda iştirakdan imtina etmiş müxalifətçi, Nobel sülh mükafatı laureatı Mohamed ElBaradei danışıqlar prosesini qeyri-şəffaf adlandırıb.
XS
SM
MD
LG