Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

Assange qəzeti məhkəməylə hədələdi


Julian Assange
Julian Assange
...O, Amerika diplomatlarının gizli teleqramlarını çap etməklə beynəlxalq qalmaqal yaradıb.

İndi isə onun özü haqqında az adamın bildiyi məlumatlar işıq üzü görüb.

Amma WikiLeaks saytının rəhbəri Julian Assange onun haqqında çap edilmiş yeni kitabdan narazı qalıb.

Kitabı Britaniyanın "Guardian" qəzetinin əməkdaşları yazıb.

Müəlliflər David Leigh və Luke Harding iddia edirlər ki, onların “WikiLeaks : Inside Julian Assange's War on Secrecy” adlanan kitabı cənab Assange-ın "ilk müfəssəl bioqrafiyası" olmaqla yanaşı həm də WikiLeaks saytının necə işləməsi haqda dolğun məlumat mənbəyidir.

Assange isə bildirir ki, qəzetin reklam etdiyi bu kitab onun haqda "qərəz və böhtan"la doludur və reallığı əks etdirmir.

O, qəzeti məhkəmə ilə də hədələyib.

Kitabda Assange həm də tənqid edilir, onun sərt davranışa, eləcə də hamıya və hər şeyə nəzarət etməyə meylli olduğu iddia edilir.

"Guardian"ın sözçüsü deyib ki, onlar cənab Assange-ın hədələri barədə eşitsələr də, hələ ki hansısa məhkəmə iddiası haqda xəbərdarlıq almayıblar.

Qəzetin sözçüsü bildirib ki, məxfi teleqramları yaymaqla dünyada şəffaf idarəçiliyə xidmət etdiyini bildirən, haqsız təqib edildiyini deyən Assange-ın onun haqda kitab yazanları hədələməsi başa düşülən deyil.

İsveç dövləti Assange-ın Britaniyadan ekstradisiyasına nail olmaq istəyir. Bunu onun İsveçdə zorlamada ittiham edilməsi ilə əsaslandırır.

Assange isə Amerika və müttəfiqlərinin bu yolla onu susdurmaq istədiklərini deyir.

"Guardian" qəzeti WikiLeaks-in gizli teleqramları yaydığı qəzetlərdən olub, amma sonradan onların münasibətləri pozulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG