Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:56
Məcid HƏSƏNLİ


Adətən belə yazılar yazmağı xoşlayıram. Vaxtım olanda da yazıram. Son günlər baş verən inqilablardan baş çıxara bilmirəm. Tunis, Misir, ...

Hələki bunlar görünənidir. Deyilənə görə növbədə Suriya, Yəmən, İordaniyadır. Nə isə...

Bunlardan bizə nə. Bizə heç bir aidiyyatı yoxdur. Maraqlısı odur ki, Afrikadan gələn inqilab dalğasının təsirini öz ədəbiyyatımızda gördük.

Əvvəlcə söz-söhbət çıxdı ki, guya ay dadı bi dad AYO dağılır. Yazıçılar Birliyi üzərindəki qələbəsi elan etmiş Qan Turalının cəbhəsinin dağılacağını düşünən AYB-çilər bayram tədbirlərinə başlamışdılar.

Qulağıma çatan xəbərçi etibarlı mənbənin məlumatına görə bayram şənliklərinin proqramına görə bağlanış konserti Mahnı Teatrında olmalı idi.

Hətta, AYB-nin uşaq xoru – GƏM (Gənc Ədiblər Məktəbi) üzvləri şeirlər də əzbərləmişlərmiş. Amma bunlar əbəs yerə imiş. Arzuları ürəklərində qaldı.

AYB-də zəhləm gedən, düşmən olduğum adam yoxdur. Ola bilər kiminsə istedadı olmasın. Olsun da. Ölməli deyil ki.

Bunu özümü sığortalamaq üçün yazdım ki, birdən “bədii nələri”sə qalxan bəzi AYB-çilər milli qaydada məhəllə kişilərini yığıb, əllərinə çəkic, balta alıb məni döyməyə gəlməsinlər.

Ola bilər də.

Deməli belə. AYO dağılmadı. Hətta daha da böyüyəcək deyəsən. Nuridə Atəşi və başqa bir neçə kifayət qədər tanınmış yazar da var ki, AYO-ya qoşulmaq fikirləri var. Və dahası da var.

Məlum olduğu kimi “Alatoran” jurnalının 16-cı sayı çıxdı. Düzünü desəm jurnalı oxuyanda təəccübləndim.

Azərbaycanda belə azad jurnal? Sizə də təəccüblü gəldi elə deyilmi? Təsəvvür edin AYO-nun jurnalında AYB-çi müəllifin şeirləri.

Həqiqətən azad jurnaldır. Yəqin ki, təsəvvür eləməzsiniz bilirəm.

Mənim xətrimə bir neçə saniyəlik gözləriniz önündə canlandırın: AYB-nin heç oxunmayan “Ulduz” jurnalında və ya sadəcə yazıların və onları yazanların adları oxunan “Azərbaycan” jurnalında bir AYO-çunun ya da AYO-ya rəğbəti olan bir müəllifin yazısını. Gözlərinizə əziyyət verməyin, burada həkim yoxdur.

Xaricə gedməli olarsınız. Təsəvvür etmək belə mümkün deyil.

İndi keçək son günlərdə aktuallaşan hadisələrə. Demək noldu.

Bizim Qismət – şair Qismət mülahizə, mühazirə, yox e məruzə yazdı və oxudu. Deməli, Qismət bəy bu məruzəsində ədəbiyyatımızı təsvir edirmiş. Yəni son nəsilləri.

Təsəvvür edək ki, mən ümumiyyətlə müasirlərimdən heç kimi tanımıram, heç biri haqda heç nə eşitməmişəm və oxuyuram Qismət bəyin məruzəsini. Beləliklə, məndə bu cür təəssürat yaranmalı idi: 2000-ci ildən 2005-dək ədəbiyyata gələnlər əxlaqsızlardır.

2005-dən sonrakılar əməli-salehlər. Əlbəttə bu gülünc mənzərədir. Ay Qismət, heç olmasa bir neçəsi normal adam deyildi?

Belə nəticəyə gəlmək olar ki, bu məruzədə yalnız AYB və onun qeyri-rəsmi törəməsi GƏM nəzərə alınıb. Düzdür başqa imzaları da görmək olar, amma çox az.

Özü də “bədbəxt” AYO-çuların, əsas da “Ən yeni ədəbiyyat” seriyasında çıxanların hamısını elementar şeyləri bilmədiyini deyir. Şair, insafın olsun. Heç olmasa bəzilərini de də.

Təəssüflənməyə dəyməz. Belə çıxır ki, Tanrı ədəbiyyatımızın qismətini belə yazıbmış. Bunlar hamısı olmalıymış, məruzə belə yazılmalıymış. Sevinc Çılğın demişkən, qismətdən artıq yeməzlər.

“Oxu zalı”nda Kəramət Böyükçölün yazısını görənlərə elə gəldi ki, deyəsən, vulkan püskürəcək.

Amma sonrakı yazılar göstərdi ki, bu sadəcə kül imiş, vulkan filan olmadı. Kəramətin haqlı iradlarına heç bir söz demək olmaz.

Amma o yazını oxuyanda insan istər-istəməz görür ki, yazıda nəsə fərqlilik var. Bilməyənlər üçün deyim bilsinlər.

Kəramət AYO-çulara elə zərbə endirib ki, AYO-çular bunun qarşılığını verməyə çətinlik çəkərlər.

Çünki, şair belə bir cümlə işlədib “Hətta, AYB-nin koridorundakı radiatoru belə Əli Əkbərin külliyyatından çox istəyirəm”. AYO-çulardan kimsə Kəramətə cavab versə necə verəcək? Məsələ budu.

Ona görə ki, adından göründüyü kimi Azad Yazarlar Ocağı təşkilatı isinmək üçün radiatordan istifadə etmir. AYO-nun binası yoxdu axı.

Uzaqbaşı tonqal qalaya bilərlər.

Deməli, AYO-çular Kəramətə cavab versələr belə yazmalı olacaqlar: AYO-nun “O”-sunu belə Anarın külliyyatından çox istəyirəm.

Ona görə ki, AYO-da mülkiyyət kimi adindakı hərflərdən savayı heç nə yoxdur.

P, S, Mən də AYB-nin üzvü olmaq istərəm. Amma təəssüf ki, gənclərin AYB yolu GƏM-dən keçir.

Hətta, AYB-nin yüksək vəzifəliləri el içində - televizorda da deyiblər ki, gənclər təqaüd almaq xatirinə birliyin pilləkanlarından əl çəkmirlər.

Bu sözdən sonra mən GƏM “tələbə”si olmağı özümə sığışdırmaram.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG