Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:22

Misir müxalifəti danışıqlarda konkret nəticə əldə olunmadğını deyir


Misir müxalifəti vitse-prezident Omar Suleimanla danışıqların əməli olduğunu, amma onların tələbləri ilə bağlı elə bir kponkret nəticə əldə olunmadığını bildirib.

Hökumət müxalifətlə bugünkü danışıqlarda islahatlarla bağlı komitə yaradılması barədə razılıq əldə olunduğunu xəbər verir.

Bundan başqa hökumət nümayişçilərin təqib olunmayacağı və ölkədə söz azadlığına əməl olunacağını vəd edib, amma qeyd edib ki, prezident Mobarak ölkədə baş verəcək dəyişikliklərə nəzarət etmək üçün hakimiyyətdə qalmalıdır.

Ölkədə nüfuzlu müxalifət hesab olunan “Müsəlman qardaşları” hərəkatı bugünkü danışıqlarda hələlik elə bir ciddi irəliləyiş əldə olunmadığını bildirir.

Ölkə paytaxtı Qahirədə prezident Hosni Mubarakın istefası tələbilə nümayiş davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG