Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:51

Omar Suleiman Misir prezidentinin səlahiyyətlərini üzərinə götürməkdən imtina edib


Misirin vitse-prezidenti Ömər Süleyman prezidentin səlahiyətlərini üzərinə götürməkdən imtina edib.

Təklifi ona bugünkü danışıqlarda müxalifət təklif edib.

Frans-Press agentliyinin məlumatına görə, müxalifətlə hakimiyyət nümayəndələri bugünkü danışıqlarda söz azadlığına əməl olunması, həbs edilmiş nümayişçilərin azad edilməsi və ölkədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsi barədə razılığa gəliblər.

Ölkə paytaxtı Qahirədə prezident Hosni Mubarakın istefası tələbilə nümayiş davam edir.
XS
SM
MD
LG