Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:47

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olub


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.

Görüş şənbə günü Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələsi müzakirə olunub.

2010-cu ilin sentyabrında türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilmiş zirvə toplantısında Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə sənəd imzalanıb.

Şuranın ilk iclasının mart və ya apreldə Bakıda keçiriləcəyi gözlənilir.
XS
SM
MD
LG