Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06
«Kommunist» qəzetinin 11 mart- 1929- cu il tarixində Ə.Ə imzalı müəllifin «Bu da məhkəmə sözü» adlı məqaləsi yer alır.
Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir və ya kimisə ittiham və ya təqdir etmək məqsədi daşımır.

Bu da məhkəmə sözü

Məhkəmədən düzənsiz, nizamsız söz çıxmaz. Onun qabağında qanun vardır. Bu isə baxar bir qanuna... ikisini axtarır, evirir-çevirir. Nəhayət qanun adından sözünü deyir. Yəni məhkəmədə əsas düşüncədir; məhkəmə qüvvətidir. Burada düşünmədən söz söylənməz, mühakimə etmədən qərar çıxarılmaz. Çıxaracağımız nəticə budur: Məhkəmə sözü möhkəm olmaq gərək!...

İpsiz-sapsız sözlər, məhkəmə sözü olmaqdan o qədər uzaqdırlar ki...
Biliriz buraya qədər söylədiklərimizi bütün məhkəmə işçiləri, möhtərəm hakimlər başlarını sallamakla təsdiq edəcək, “düzdür və böylədir” deyəcəklər.
Fəqət bu qədər uzun deyil!.... Əlimizdə məhkəmədən çıxmış bir kağız, bir dəvətnamə var. Bu dəvətnamə ilə vətəndaş Mahmudov mart ayının on ikisində dördüncü nahiyyə xalq məhkəməsinə çağırılmaqdadır.

«On iki mart zanitdir»

On iki martda ha, on iki martda! Siz də heyrət etməyiniz!... çünki on iki martda adamın məhkəməyə çağırıldığı bizdə görülməmişdir. Şura bayrağı bu ölkədə açılan gündən bəri on iki mart zanitdir. Bunun səbəbi isə on iki martda dünya üzündə bəlkə bəlkə ən böyük məhkəmə qərarının həyata yetirilməsidir. Dördüncü nahiyyə xalq məhkəməsi bunu bilirmi? Bilirsə nədən ötəri camaatı məhkəməyə çağırır, camaata əziyyət verir? Bilmirsə nədən bilmir?...

Şura xalq məhkəməsinin on iki martı bilməməsi böyük bir eybdir. Bəs,buna bir yanlışlıqmı deyiləcək... Fəqət çok rica ediriz ki, böylə yanlışlıqlara, Şura məhkəmələrində yer olmamalı və martın 12-sinin çarlığın yıxıldığı gün olmaq münasibətilə, xalqın bayram günü olduğu bilinməlidir!...

Möhtərəm hakimlər, möhtərəm məhkəmə işçiləri, hər qol çəkərkən, hər çağırış imzalarkən çağırdığınız günü yoxlayınız; bu həm sizin həm də bizim üçün yaxşılıq yetirəcək məşğuliyyətdir!....

Ə.Ə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG