Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:25
David Brown / Washington Post

Bütün dünya getdikcə köklərlə dolur. Amma qan təzyiqi yavaş-yavaş aşağı düşür. Xolesterinin səviyyəsi isə varlı ölkələrdə enir, kasıb ölkələrdə isə qalxır.

Bu günlərdə çap edilən tədqiqat ürək-damar xəstəliklərinin səbəblərini dəqiq görməkdə kömək edəcək.

Tədqiqata rəhbərlik edən London İmperial Kollecinin epidemioloqu Majid Ezzati deyir:

«Bizim araşdırmanın nəticəsi göstərir ki, artıq çəki artımı və piylənmə, yüksək qan təzyiqi və yüksək xolesterin Qərbin və ya varlı ölkələrin problemi deyil. Bu, orta gəlirli ölkələrin qlobal probleminə çevrilir».

Ezzatinin 100-dən çox həmkarı ilə birgə 200-ə yaxın ölkədə və regionda yerli məlumat və araşdırma əsasında hazırladığı tədqiqat detallı məlumat verir. Onların üzə çıxardığı məlumatlara görə, dünyada ən ağır qrupa Sakit okean adasının (Nauru Respublikası) qadın və kişi sakinləri, aşağı qan təzyiqi müşahidə olunan Koreya qadınları, yüksək xolesterin aşkar edilən Qrenlandiya adasındakı kişi və qadınlar daxildir.

Ürək xəstəliyini artıran səbəblər

Çap edilən araşdırmanın nəticələri son onilliklərdə, xüsusilə sənayeləşdirilmiş ölkələrdə əhəmiyyətli inkişafı sübut edir. Məsələn, indi dünyada orta aşağı qan təzyiqi olan adamlar daha çox ABŞ və Avstraliyadadır. Kanada, İsveç və Finlandiyada son 20 ildə sakinlərdə aşağı xolesterin müşahidə olunub. Eyni zamanda, bəzi ölkələr artıq çəki artımından əziyyət çəkir.

Çəki artımı, qan təzyiqi və xolesterin mədəniyyətin, qida rasionunun və genetikanın məhsuldur. Onlar ürək xəstəliyi riskini artırır və bir-birlərinə təsirləri az da olsa var. Məsələn, çəki artımı tez-tez qan təzyiqini qaldırır. Kalorinin piydən və ya başqa məhsuldan əldə edilməsindən asılı olaraq bu, qanda xolesterini qaldıra bilər.

İki digər vacib faktor – siqaret çəkmək və qanda şəkər bu analizə daxil edilməyib. «Qanda şəkərin artması və diabetli xəstələrin çoxalması da tətqiq edilir», - Ezzati deyir.

Yapon qadınları arıqdır

1980-ci ildən 2008-ci ilə qədər kişilər və qadınlarda orta çəki artımı həddinin aşdığı müşahidə edilib. Şimali Amerika, Afrika və Yaxın Şərqdə köklük müşahidə edildiyi halda Yaponiyada qadınlar daha çox arıqdırlar. Elə Şərqi Asiya qadınları da artıq çəkidən əziyyət çəkmirlər.

Dünyanın iki böyük ölkəsi Çin və Hindistanda adamların çəkisi orta çəki həddindən aşağıdır, baxmayaraq ki, çinli kişilərdə bu, sürətlə artır.
Kaliforniya Universitetinin qlobal səhiyyə üzrə professoru Richard Feachem piylənməni 21-ci əsrin böyük pandemiyası sayır.

ABŞ qan təzyiqini aşağı salıb

Qan təzyiqi ümumilikdə yaxşılaşıb. Normal qan təzyiqi 120/80 müəyyən edilir. 1980-ci ildən bəri dünyanın hər yerində təzyiq kişilərdə 131-dən 128-ə, qadınlarda 127-dən 124-ə düşüb.

Birləşmiş Ştatlarda hipertoniyanın müalicəsi və xörəkdə duzun miqdarını aşağı salmaq yüksək qan təzyiqinə təsir edir. Amma Baltik yanı ölkələrdə qan təzyiqi yüksəkdir. Şərqi və Qərbi Afrikada qadınlar üçün qan təzyiqi 135, kişilər üçün 138-dir.

Xolesterin isə yerində sayır

Dünyada xolesterinin səviyyəsi son 30 ildə çox az dəyişib.Finlandiya ürək xəstəliyinin «şitilliyi» sayılır. Ola bilər ki, ürək risk faktorlarını azaltmaqda «ən təkmilləşmiş» mükafatını alsın. Çünki bu ölkədə 1980-ci illərdən bəri kişilərdə xolesterin 244-dən 201-ə enib, öz növbəsində qan təzyiqi 143-dən 135-ə düşüb.

Avropa, Şimali Amerika və Avstraliyada xolesterini azaldan dərmanların qəbulu, qida rasionunun dəyişdirilməsi nəticəsində xolesterinin səviyyəsi düşüb. Şərqi və Cənub Şərqi Asiyada isə xolesterin qalxıb. Güman ki, bunun səbəbi bu ölkələrdə zənginləşmə nəticəsində qidada üstünlük təşkil edən heyvan ətindədir.

Əsas sual budur ki, artan xolesterinlə və qan təzyiqi ilə Asiya ölkələri ikinci dünya müharibəsindən sonrakı onilliklərdə ürək xəstəliyindən əziyyət Qərb ölkələri kimi bu epidemiya ilə üzləşəcəkmi?

Tərcümə etdi: Səadət Akifqızı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG