Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50

Elmar Məmmədyarov Hillari Klintonla görüşüb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar günü Münhendə ABŞ Dövlət Katibi Hillari Klintonla görüşüb.

Turan agentliyinin məlumatına görə, Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutumuş görüşdə əsasən Ermənistan-Azərbaycan, Daşlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Elmar Məmmədyarov Hillari Klintona münaqişənin həlliylə bağlı Azərbaycan tərəfinin mövqeyini çatdırıb.

Hillari Klinton isə artıq münaqişənin həllində irəliləyiş əldə olunmasının vaxtının çatdığını vurğulayıb.

O, həmçinin Əfqanıstandakı beynəlxalq missiyada iştirakına görə, Azərbaycana ölkəsinin təşəkkürünü çatdırıb.

Bundan başqa görüşdə enerji məsələsi də daxil olmaqla ikitərəfli münasibətlər, regional və Yaxın Şərqdə gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG