Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32
Misir hadisələrinin virtual məkanlarda qızışması Azərbaycanlı bloqçuların Facebook və Twitter-də yazışmalarına təsir edib. Bu həftə bir çox bloqqerin postu Misir prezidenti Hüsnü Mübarək və Misir hadisələrində sosial şəbəkələrin roluna həsr olunub. Bəziləri isə Azərbaycanla eyniləşmələr də aparıb.

Abbasov adlı bloqçu Bakıdakı heykəllərin fəlsəfəsini açmağa çalışıb. Bloqçu hətta Şaumyanın heykəlinin qoyulma səbəbini anlasa da, Misir prezidenti Hüsnü Mübarəkin heykəlini «başa düşmür»:

«Bu heykəl adama heç nə demir! Hüsnü Mübarəkin heykəlinin əsasən kasıb olan Xırdalanlıda hər hansı bir hiss yaratdığına inanmaq çətindir. Bu səbəbdən də Xırdalan əhli bu heykəlin yanından keçəndə heç bir xüsusi hiss yaşamır. Bir dəfə bir Xırdalanlıdan onun bu heykələ münasibətini soruşdum. Bu adam mənə cavab verdi ki, onun Hüsnü Mübarəkin nə bu heykəlinə, nə də başqa heykəllərinə heç bir münasibəti yoxdur”.
Ona görə də hər şeyə maraq göstərən Xırdalanlılar bu heykəl haqqında heç nə bilmək istəmirlər. Bu heykəl haqqında onlardan soruşanda belə adama heç nə demirlər. Əgər inanmırsınızsa, əlinizə mikrofon alıb Xırdalana gedin, və oradakılardan bu barədə soruşun.

Bu heykəlin Azərbaycanda, və niyə məhz Xırdalanda qoyulmasının səbəbini başa düşə bilmirəm. Görəsən bunun səbəbini kim bilir?».

Amon-Liz də Hüsnü Mübarəkdən, amma Bakıda Xırdalandakı heykəlindən yazır və «heykəlin niyə Azərbaycanda olduğunu» sual edir:

«Daha bir ehtimal oldur ki: əgər Azərbaycanda inqilab olsa təkcə Bakıda o qədər heykəli qorumaq gələcək ki, xalqı saxlamaq heç kim olmayacaq».

Qüvvələrin nisbəti

«Twitter və facebook-a qarşı Misir prezidenti Hüsnü Mübarək ancaq dəvə və at tapıb. Bu artıq sivilizasiyaların qarşıdurmasıdırı...». Sandinist belə yazır və bloqunda bu şəkli yerləşdirib.

«Hələ 1 ay bundan əvvəl Misir hökmdarı Hüsni Mabarəkin də dərdi ya ən uca bayraq, ya da ən ağır halda oğlu Kamal (Qamal) Mübarəkin hakimiyyətə gətirilməsinin detalları ola bilərdi. İndi isə vəziyyət tam başqadır. Hüsnü dayı bütün ailəsini ölkədən köçürüb, cəsarətli kapitan kimi gəmini son tərk etməyə söz verib. Bu Titanik filmindən Kamerondan başqa kim xeyir görüb ki». Bunu da Absurdistanlı yazır.

Azərbaycana yaxınlaşan zəlzələ qorxusu

Şahbaz Xudoğlu da digərləri kimi Misir hadisələrini yaxından izləyir. Dirəniş göstərən Hüsnü Mübarək dövlətini yerüstü zəlzələ ilə üz-üzə qoyan səbəblərin seçki və korrupsiya olduğunu yazır. Və bu zəlzələdən Azərbaycana da pay düşə biləcəyini güman edir:
«Hamımız bilirik ki, bizdə seçki keçirilmir və bu proses primitiv bir tamaşadır. Korrupsiya və rüşvətxorluq isə hamını boğaza yığıb. Mən hakimiyyəti Misirin faciəsi ilə üzləşməmək üçün bəzi tədbirlər görməyə səsləyirəm.

1) Gömrükdə, Vergidə, hüquq mühafizə orqanlarında aşağı səviyyədə olan rüşvət yığışdırılmalıdır, sərhəd məntəqələrindəki süründürməçilik olmamalıdır.

2) Təhsil və səhiyyədə leqal maaş artırılmalı və rüşvətə son qoyulmalıdır. Dövlət müəssisələrində qanunun tələb etdiyi kimi təhsil və səhiyyə pulsuz olmalıdır. Təhsil ocaqları rektor seçimlərində sərbəst olmalıdır. 3) Məhkəmə sistemində dərhal islahatlar aparılmalı və vəkillik institutu gücləndirilməlidir...».

Natiq Cəfərli də yazır ki, Azərbaycan hakimiyyəti anlamalıdır ki, Tunisdə və Misirdə baş verən hadisələrin əsl səbəbi, hakimiyyətin qanuni yolla, seçki yolu ilə dəyişdirməyin mümkünsüzlüyü oldu, vikiliks, korrupsiya, qiymət artımı ikinci — üçüncü dərəcəli səbəblərdir…

«Xülasə, hakimiyyətin iki yolu var: ya islahatlar, yəni Saakaşvili yolu, ya da Ben Əli yolu…».

Misirdən səsli twitlər

Veboxu yazır ki, son günlərdə dünyanın gündəmi Misirdəki hadisələrdir. Bu hadisələrin isə gündəmində internet və sosial mediadır. Misir ilk əvvəl sosial şəbəkələri xüsusən Twitteri block dib, ancaq internetdə çarələr tükənmir:

«Bunun üçün Twitter-dən, Google-dan və SayNow-dan kiçik bir mühəndis komandası bir alqorimt üzərində işləyib yeni bir xidmət hazırlayıb. Bunun üçün (+16504194196, +390662207294 və ya +97316199855) telefonla zəng edib, səsli mesaj qoymaq lazımdır…».

Mərc edən Azərbaycan gəncliyi

Müşfiq Məmmədov isə başqa problemi qabardır. Bloqçu yazır ki, bütün dünyada gənclik inqilablara və dəyişikliklərə hərəkət verici qüvvə sayılır. Azərbaycan əyalətlərində gənclərin isə boş vaxtlarını futbol oyunlarına mərc qoymaqla keçirirlər.

«Demək olar İmişlinin əksər çayxanalarında təşkil olunmuş bukmeyker kontorlarının əsas müştəriləri gənc insanlardır. Bəs bunun səbəbləri nədir? İmişlinin bir ictimai kitabxanası olduğu halda, ordan kitab götürən gənclərə heç rast gəldiyim olmayıb. Heç mənası da yoxdur, çünki yeni kitablar ancaq H.Əliyev həyat və yaradıcılığına həsr olunmuş kitablardır. Digər kitabxanada isə ancaq İran mollaların dini kitabları satılır. İnternet klublarda isə əsasən kompüter oyunları və seks saytları üstünlük daşıyır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG