Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04
Azərbaycan prezidentinin dəvət məktubunu Çeçensitan prezidenti Ramzan Kadırova fevralın 5-də Şimali Qafqazda səfərdə olan Şeyxülislam Allahşükür Paşazadə çatıdırıb.

“İnterfax” agentliyinin məlumatına görə İlham Əliyev Kadırovu ona münasib bir vaxtda Bakıya səfərə dəvət edib.

Kadırov da bildirib ki, Azərbaycan prezidentinin iş qrafikinə uyğun bir vaxtda Bakıya gedəcək.

Ramzan Kadırov keçən il noyabrın 6-da Bakıda səfərdə olmuşdu. Həmin səfər zamanı prezident İlham Əliyev Bakının Çeçenistanın iqtisadi inkişafına kömək etməyə hazır olduğunu bildirmişdi.

Kadırov da demişdi ki, Azərbaycan iqtisadi köməyi ölkəsində minlərlə iş yerlərinin açılmasına təkan verəcək.

Ölkəsinə dönən kimi isə paytaxt Qroznının küçələrindən birinə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adı verilib.
XS
SM
MD
LG