Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37

Texniki Universitetin yataqxanasındakı partlayışa qaz sızması səbəb olub


Yasamal rayon Prokurorluğunda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Yasamal rayon Prokurorluğunda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Bakı şəhər Prokurorluğu Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş partlayışla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 4-də Azərbaycan Texniki Universitetinə məxsus yataqxanada məskunlaşmış Zəngilan rayon sakini Rəhman Cəfərov yaşadığı otaqda saxladığı təbii qaz balonunun partlaması nəticəsində ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, R.Cəfərovun usta kimi texniki işlərin görülməsi üçün istifadə etdiyi və yaşadığı otağın mətbəxində saxladığı qaz balonunun sızması nəticəsində otaqda qaz yığıntısı yaranıb. Həmin günü o, saat 19:00 radələrində otaqda elektrik lampasını yandırdıqda partlayış baş verib və nəticədə aldığı xəsarətdən orada ölüb.

Hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.

Hazırda Yasamal rayon Prokurorluğunda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG