Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

İsrail Musayev: «Korrupsiyanın açarı nəhənglərin əlindədir...»


Mübariz Əhmədoğlu
«Panorama» verilişində jurnalist İsrail Musayev və politoloq Mübariz Əhmədoğlu hökumət orqanlarının özünü tənqid mövzusunda keçirilən son toplantılarını şərh ediblər.

Mübariz Əhmədoğlu:

«BELƏ TƏDBİRLƏR PLANI HAZIRLANMIŞDI...»

- İndi kimsə bu toplantıları müsəlman dünyasında baş verənlərlə müqayisə edirsə, o, haqlıdır. Yəni belə bir fikir ağla gələndir. Ancaq prosesin içində olan insanlar deyir ki, onsuzda Prezident Administrasiyasının rəhbəri vaxtaşırı belə toplantılar keçirirdi. Ola bilərdi ki, belə toplantılar mətbuata verilsin və ya heç verilməsin. Mən dəqiq bilirəm ki, belə tədbirlər planı hazırlanmışdı. Sadəcə, indi ola bilər ki, bu tələblər Ramiz Mehdiyevin dilindən daha qəti səslənib. O, daha qətiyyətli tapşırıqlar verib. Bir sözlə, mən indi Azərbaycan hakimiyyətinin addımlarında xüsusi seçilmə görmürəm...

İsrail Musayev:

İsrail Musayev
«KORRUPSİYANIN AÇARI NƏHƏNGLƏRİN ƏLİNDƏDİR...»

- Mən bu məsələ ətrafında bəzi təxminlərlə tanışam. Mehman Əliyevin fikirlərini də oxudum ki, o, bunu daha çox Dünya Bankı ilə həyata keçirilən layihə ilə izah edir. Mehman Əliyev həmçinin, deyir ki, bu, 1 milyard dollarlıq layihədir. Bununla razılaşmaq olar. Mübariz Əhmədoğlunun o fikri ilə də razıyam ki, Ramiz Mehdiyev bu tədbirləri plana uyğun keçirir. Ancaq o fikirlə razı deyiləm ki, Ramiz Mehdiyev inqilablara baxıb bu tədbirləri daha qətiyyətlə keçirir. Yalnız bir şey ola bilər - inqilablar Ramiz Mehdiyyevgilin tədbirlərində müəyyən korrektələr edə bilər. Məsələn, adamların işdən çıxarılması. Bu, bir növ görüntüdür. Ancaq fikir verin, işdən çıxarılanlar sıravi məmurlardır. Nəhənglər ki var, korrupsiyanın açarı onların əlindədir, onlar çıxarılmır. Əslində, islahatlar üçün hakimiyyətin iradəsi olmalıdır...

XS
SM
MD
LG