Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:29

Hakerlər ABŞ-ın əmtəə birjasına soxulublar


Son bir ildə ABŞ-ın ən böyük əmtəə birjalarından birinin elektron şəbəkəsinə hakerlər bir neçə dəfə daxil olublar.

Hadisəni yaxından izləyən mütəxəssislər “The Wall Street Journal”a bildiriblər ki, hələlik hakerlərin məqsədi bəlli deyil. Onlar hələlik ciddi ziyan vurmasalar da hazırda hüquq-mühafizə orqanları mümkün motivlər üzərində işləyirlər.

Müstəntiqlər deyirlər ki, hakerlər adicə pul oğruları da ola bilərlər, ölkənin əsas əmtəə birjasına zərər vurmaqla milli təhlükəsizliyə problem yaratmağa çalışanlar da.

Günün bütün mövzuları

XS
SM
MD
LG