Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

Misirin vitse-prezidenti müxalifətlə müzakirələrə hazırlaşır


Misirin vitse-prezidenti Ömər Sülymanın fevralın 5-də müxalifət liderləri ilə müzakirələrə başlaması gözlənir.

Vitse-prezident ölkədə hakimiyyətin dinc yolla ötürülməsi prosesini müzakirə etməlidir.

İki həftəyə yaxındır kütləvi etiraz aksiyaları ilə üzləşmiş Misir prezidenti Hüsnü Mübarək istefa verə biləcəyini, amma bundan sonra ölkədə xaos yarana biləcəyindən qorxduğunu deyib.

Mübarək bundan əvvəlki çıxışında indiki prezidentlik müddətinin sonunda – bu ilin sentyabrında keçiriləcək yeni prezident seçkisində iştirak etməyəcəyini bəyan edib. Vitse-prezident deyib ki, heç onun oğlu da qarşıdakı seçkiyə qatılmayacaq.
Müxalifətin dünəndən başladığı vida cüməsi adlı etiraz askiyası ilə bir qədər zəifləsə də hələ də Qahirədə etirazlar davam edir.

Eyni zamanda ABŞ prezidenti Barak Obama da Hüsnü Mübarəkin siyasi böhranı aradan qaldırmaq üçün “düzgün qərar” qəbul edəcəyinə inandığını deyib.

Yunanıstanın Baş naziri George Papandreou bildirib ki, bazar günü Qahirəyə gedib Avropa Birliyi adından Mübarəklə danışıqlara başlayacağını deyib.

Eyni zamanda Əl-Cəzirə televiziyası xəbər verib ki, onun Qahirədəki ofisləri hücuma məruz qalıb, kompyuterlər, ofis avadanlıqları yandırılıb.

AzadliqRadiosunun Praqadakı baş ofisinin iki əməkdaşı da Misirdə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG