Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:45

«Buzovnalılar İlham Əliyevin yolunu kəsdi»


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti yazır ki, Bakıdan başlayan söküntü işləri Bakının kəndlərinə də keçib, Buzovna qəsəbəsini ayağa qaldırıb:

«Əsasən Rasim İmanov və Güloğlan Məmmədov küçələrinin sakinləri evlərindən, dükan və qarajlarından olacaqlar. Qərar qətidir. Qərarın dəyişməyəcəyinə artıq heç kim şübhə etmir. Çünki adıçəkilən ünvanda Heydər Əliyev adına park salınır».

Qəzet yazır ki, parkın salınması 500-dən çox ailəni bütün var-yoxlarından məhrum edəcək. Buzovnalılar əlacı yol kəsməkdə görüblər:

«Əli hər yerdən üzülən sakinlər ölkə başçısının iqamətgahına gedən yolu bağlayıb. Polis mane olmağa çalışsa da, insanların haqlı narazılığı qarşısında duruş gətirə bilməyib. Təxminən 30 dəqiqə yol bağlı qalıb».

Ə. ƏHMƏDOV: «MÜXALİFƏT PARTİYALARINDA RADİKALİZM MEYLLƏRİ GÜCLƏNİB»

«Müxalifət nə qədər radikallaşırsa, aqressiv metodlara əl atırsa, o dərəcədə ictimaiyyət və insanlar arasında dayaqlarını itirir. Son bir neçə ildə Azərbaycan müxalifətinin mövqelərinin ciddi şəkildə itirilməsinin çox mühüm səbəblərindən biri bir sıra müxalifət partiyalarında radikalizm meyllərinin güclənməsidir».

«Yeni Azərbaycan» qəzeti hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovun müsahibəsini dərc edib.

Onun fikrincə, YAP-ın sıralarına hər il 25-30 min civarında yeni üzvlər cəlb olunursa, bu, o deməkdir ki, müxalif partiyaların mövqeləri zəifləyir, «Azərbaycan vətəndaşları, xüsusilə də gənclər daha çox YAP-ın onların istəklərinə və maraqlarına uyğun siyasət həyata keçirdiyini dərk edirlər».

«KƏNDLİLƏR İLİ MÜVƏFFƏQİYYƏTLƏ YOLA SALIB»

«Təbiət kəndlini sınağa çəksə də, ötən il kənd təsərrüfatı məhsulları istehsalında 2.2 faiz artım əldə edilib», - deyə «Azərbaycan» qəzeti yazır:

Bayraq meydanı
«Yaz-yay aylarında daşqınların baş verməsi əkin-biçinə böyük ziyan vurdu. Bununla belə, aqrar sahənin əməkçiləri vəziyyətdən çıxış yolları taparaq ili müvəffəqiyyətlə yola salmağa nail oldular».

BAYRAQ QÜLLƏSİNİN ƏTRAFINDA NƏ BAŞ VERİR?


«Yeni Müsavat» qəzeti fevralın 2-də Dövlət Bayrağı Meydanında bayraq dirəyində nasazlığın «qapalı məqamlarından» yazır. Qüllənin yaxınlığında yaşayan 9 mərtəbəli bina sakinləri qəzetə bildirib ki, qülləni qəsdən «yelləyiblər»:

«Qüllə yellənməzdən 2 gün əvvəl bayrağı açdılar. Dedilər yenisi ilə əvəzləyirlər. Sonra da bu hadisə baş verdi. İndi söhbət gəzir ki, qüllənin içində qalın troslar var. Onlar qüllənin yellənməsinin qarşısını alır. Bu, xüsusi texnologiyadır. Rusiyadakı «Ostankino» tele-qülləsinin yellənməsinin qarşısını da bu yolla alırlar. Bizim bayrağın qülləsini saxlayan trosları qəsdən boşaldıblar ki, qüllə yellənsin, qışqır-bağır salıb camaatı evlərindən çıxarsınlar, qorxu yaradıb evlərimizi heç neçəyə alıb bizi yola versinlər. Bunu görməyəcəklər! 4 min manatdan pulumuzu versinlər, gedib şəhərin istədiyimiz yerindən mənzil alaq...Axı bu, necə olur, qüllə yellənir, camaatı çıxarırlar, sonra da qüllənin yellənməsinin qarşısı alınır? Rəsmən xəbər yaydılar ki, yellənmənin qarşısı 2 saata alındı, hər şey qaydasındadır. Bu boyda qüllənin saz vəziyyətdə saxlanmasına ayrıca idarə yaradıblarsa, deməli, sabotaj söhbəti elə-belə deyil. Qəsdən ediblər ki, gözümüzü qorxutsunlar, evlərimizi bunlara bağışlayaq, çıxıb gedək...».

«AZƏRBAYCAN GÖZƏLLİK YOX, MAHNI YARIŞMASINA GEDİR»

«Ayna» qəzeti «Eurovision-2011» milli seçim turunun namizədlərindən biri İlhamə Qasımova ilə söhbətləşib.

«Beynəlxalq müsabiqədə avropalıları necə təəccübləndirmək olar, burada səs əsasdır, performans, yoxsa xarici görkəm» sualına iştirakçının cavabı belə olub:

«Texnika o qədər sürətlə inkişaf edib ki, orada hansısa tryukla tamaşaçını ələ almaq çətin məsələdir. Sadəcə, gözəl bir şou ilə Avropa tamaşaçısının diqqətini cəlb etmək olmaz. Düşünürəm ki, biz avropalıların ürəyinə gözəl ifa ilə yol tapa bilərik. Gözəl görüntü də olsa, bu vəhdət tamamlanar. Məsələn, uçaraq səhnəyə daxil olmaq və sair...O ki qaldı xarici görünüşə, fikrimcə, biz bir şeyi yaddan çıxarmamalıyıq. Azərbaycan mahnı yarışmasına gedir, hansısa gözəllik yarışmasına yox...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG