Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Yaponiya alimləri təbiətə qarşı!


Qurbağalar ətraf mühitdə baş verən dəyişikliklərə çox həssas heyvanlar sayılırlar

Qurbağalar ətraf mühitdə baş verən dəyişikliklərə çox həssas heyvanlar sayılırlar

Təbiət insanları tez-tez öz möcüzələri ilə heyrətləndirir. Bir gün üçayaqlı toyuğun, o biri gün beşayaqlı buzovun doğulduğunu eşidirik.

Ancaq Yaponiya alimləri deyəsən, bu dəfə təbiətin özünü heyrətləndirmək qərarına gəliblər. Nə ediblər? Onlar şəffaf qurbağalar yaradıblar. Bu qurbağalar onların üstündə aparılan tibbi tədqiqatları asanlaşdırmaq məqsədi üçündür. Onlar o qədər şəffafdırlar ki, daxili orqanlarını, hətta qan-damarlarını belə kənardan görmək mümkündür. Bu isə alimlərə qurbağaları yarmadan xərçəng və başqa xəstəliklərin necə inkişaf etdiyini görməyə imkan verir.

Tədqiqatın müəllifi Yaponiyadakı Xirosima Universitetinin suda-quruda yaşayanlar biologiyası institutunun professoru Masayuki Sumidadır. Sumida və həmkarları mutasiyaya uğramış albinos qurbağaları seçib onları süni yolla mayalandırıblar. Nəticədə şəffaf qurbağalar doğulub. Ancaq bu qurbağalar doğulduqdan sonra çox yaşaya bilmirlər. Üstəlik, süni mayalanma prosesi heç də həmişə uğurlu olmur. Yalnız 16 cəhddən birində alınır.

Sumida öz laboratoriya təcrübəsində qurbağaların ətraf mühitin çirklənməsinə reaksiyasını öyrənir.

Amerika Milli Elmlər Akademiyası jurnalında dərc olunmuş tədqiqatda deyilir ki, Şimali Amerikanın fermer təsərrüfatlarında qida məhsullarından çox istifadə olunması gölməçə və göllərdə qurbağalar üçün şəraiti pisləşdirir.

Qurbağalar ətraf mühitdə baş verən dəyişikliklərə çox həssas heyvanlar sayılırlar. Bioloqlar onları hətta ətraf mühitin çirklənməsini ölçən vasitə sayırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG