Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:33

BBG və AzadliqRadiosu Belorusda media azadlığının boğulmasına son qoymağa çağırır


ABŞ-ın Xarici Yayımlar Şurası – BBG-nin rəhbəri Walter Isaacson və AzadliqRadiosunun prezidenti Jeffrey Gedmin Belorusda jurnalistlərin təhlükəsizliyindən narahat olduqlarını bəyan ediblər. Onlar senatorlar John McCain və Joseph Libermanın rəhbərliyi ilə Litvaya səfər edən nümayəndə heyətinin tərkibində fevralın 4-də bu ölkədə Belorus fəalları ilə görüşüblər.

Isaacson bildirib ki, ABŞ Belorus xalqına öz gələcəkləri haqqında fikrini formalaşdırmaq üçün dəqiq və etibarlı xəbərlərin çatdırılmasına çalışır.
Nümayəndə heyəti Litvanın prezidenti Dalia Grybauskaite və Xarici İşlər naziri Audronius Azubalis, həmçinin bu ölkədəki Belorus tələbələr, ictimai fəallar, müxalifət liderləri ilə görüşüb.

Keçən ilik dekabrında keçirilən prezidnet seçkisindən dərhal sonra Belorus seçkinin saxtalaşdırıldığını deyən müxalifəti əzib, çox sayda mətbuta orqanlarının fəaliyyətini dayandırıb.Həmin günlərdə yeganə müstəqil informasiya mənbəyi kimi AzadliqRadiosunun Belorus xidmətinin saytına gələn ziyarətçilərin sayı 20 dəfə artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG