Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

İordaniyada da islahat tələbilə etiraz askiyaları gedir


Fevralın 4-də İordaniya Baş nazirinin ofisi qarşısına toplaşan 1000 nəfərlik müxalifət qrupu ölkədə təcili islahatlar aparılmasını tələb edib.

Aksiyanı bu ölkədəki Müsəlman Qardaşlığı təşkilatının bu ölkədki qurumu olan İslami Hərəkat Cəbhəsi təşkil edib.

Aksiya iştirakçıları Baş naziri ofisindən sonra da Misirin bu ölkədəki səfirliyinin qarşısına qədər nümayiş keçiriblər.

Ölkədə siyasi və iqtisadi islahatlar aparılması tələbilə bir neçə həftə davam etmiş etiraz aksiyalarından sonra bu həftənin əvvəlində baş naziri dəyişib. Yeni Baş nazirin yaxın günlərdə təzə hökumətin tərkibini elan edəcəyi gözlənir.

Kral ölkədə dəyişikliklər üçün çox ciddi addımlar atılacağına söz verib.

Fevralın 4-də qonşu Suriyada da demokratik islahatlar tələbilə etiraz askiyalarının başlanacağı elan edilb.

Günün bütün mövzuları

XS
SM
MD
LG