Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:11
Detektiv romanlar müəllifi Çingiz Abdullayev əsərlərinin plagiat yolla Azərbaycan dilinə tərcümə olunaraq, kitab şəklində satışa çıxarılmasından narazıdır.

Yazıçı bunun qarşısının alınması üçün müvafiq dövlət qurumlarına müraciət edəcək.

Lent.az-ın məlumatına görə, bunu yeni kitabının təqdimatında çıxışında Çingiz Abdullayev özü deyib.

Yazıçı qeyd edib ki, əsərlərinin Azərbaycan dilinə tərcümə olunması üçün rəsmən iki şəxsə icazə verib:

“Ancaq yeni əsərlərim çapdan çıxandan bir həftə sonra onların Azərbaycan dilində satıldığını görürəm, hamısı plagiatdır.

Kompüterdə hazır tərcümə proqramları vasitəsilə tərcümə olunur və çox aşağı səviyyədə olur.

Buna heç tərcümə də demək olmaz. Bu, həm də oxucu zövqünün korlanmasına gətirib çıxarır”.

Artıq neçə ildir, bu cür hallardan narahat olduğunu diqqətə çatdıran xalq yazıçısı problemin aradan qalxması, belə kitabların satışdan çıxarılması üçün lazımi instansiyalara müraciət edəcək.

Çingiz Abdullayev onu da əlavə edib ki, nəşriyyatların biri ilə danışıqlar aparılıb.

Yaxın vaxtlarda onun Azərbaycan dilində olan əsərləri bir seriya şəklində çap olunacaq.

Fevralın 3-də Kitab Klubunda Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin “Sonuncu divarın daşları” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.

Kitabın tərcüməçisi Munisə Dadaşqızı, redaktoru Təbəssüm Muxtarovadır.

Əsərin tərcüməçisi Munisə Dadaşqızı “Sonuncu divarın daşları” barədə qısaca məlumat verib. Onun sözlərinə görə, kitab Almaniya Demokratik Respublikası dağılandan sonra oradakı ayrı-ayrı şəxslərin həyatından bəhs edir: “Əsərdə eyni zamanda satqın casusdan da söhbət gedir. Əsərin sonuna yaxın isə Dronqo o casusu tapır”.

Daha sonra Çingiz Abdullayev çıxış edərək, əsərlərinin Azərbaycan dilinə tərcümələrindən razı olduğunu deyib.

İndiyədək Azərbaycan dilində 70 kitabının işıq üzü gördüyünü diqqətə çatdıran yazıçı qeyd edib ki, onların satışından pul qazanmır.

Satışdan əldə etdiyi bütün gəliri Qarabağ köçkünləri və uşaq evlərinə verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG