Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:45

Beynəlxalq Bank Fətullayevə izahat vermədi


Həbsdə olan jurnalist Eynulla Fətullayev Beynəlxalq Bankın rəhbərliyinə ünvanladığı məktuba cavab alıb. Bu barədə AzadlıqRadiosuna məhbus jurnalistin vəkili Anar Qasımov məlumat verib: “Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin imzası ilə daxil olan məktubda bildirilib ki, bank hesabına qoyulan həbslə bağlı sizə heç bir məlumat verilməyəcək”.

Avropa Məhkəməsinin çıxardığı qərara əsasən 2010-cu il dekabrın 22-də təzminat Eynulla Fətullayevin işində göstərilən Beynəlxalq Bankdakı hesabına köçürülüb. Lakin jurnalistin atası Emin Fətullayev pulu çıxarmaq istərkən ona məlum olub ki, həmin hesaba həbs qoyulub.

Məhbus jurnalist bank hesabına qoyulmuş həbsin səbəblərinə aydınlıq gətirmək üçün Beynəlxalq Bankın prezidentinə məktubla müraciət etmişdi.

2010-cu il aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin işi üzrə qərar verib. Qərara əsasən, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat, 2800 avroya yaxın isə məhkəmə xərclərinə görə pul ödəməlidir. Ancaq Eynulla Fətullayev həbsdə ola-ola narkotik saxlamagla baglı ittiham edilərək əlavə 2 il 3 ay həbs cəzası aldıgından hələ də azadlıga buaraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG