Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:31
Misir hadisələrini diqqətlə izləyirəm.

Hüsnü Mübarək hələ də dirəniş göstərir. 30 illik vəzifəsini tərk etmir.

Amma daha ailəsi, uşaqları var dövləti Misiri tərk edib.

Barak Obama demokratiya insanı kimi, Ərdoğan isə bir müsəlman olaraq ona qan tökmədən getməyi tövsiyə etdilər.

Dünən meydanlarda 2 milyon insan onun getməsini tələb edirdi.

O isə “bir daha namizədliyimi verməyəcəm” dedi, amma istefa vermədi.

Əslində çox acınacaqlı durumdadır Mübarək. O daha əmindir ki, Misirdən salamat çıxmayacaq.

Bu gün meydanlarda asılan müqəvvasının yerinə özü olacağını təxmin edir yəqin.

Bunlar hamısı bir yerə qalsın. Mənim ürəyimi başqa məsələ ağrıdır. Küçələrdə insanlar qırdırılır, vətəndaşlar üz-üzədir.

Misirin tarixi muzeyləri dağıdılır, binalara hücum olur, dükanlar soyulur.

Böyük iqamətgahlar yağmalanır. Proses uzandıqca aqresiya daha da artır. Təbii bu belə olur.

Tunis, Misir, Səudiyyə Ərəbistanı, Livan, Sudan etiraz aksiyaları sunami kimi Ərəb qitəsini devirməkdədir və devirəcək.

Əmin olun, biz bu prosesdən uzaq deyilik. Məncə Misiri bu yerüstü zəlzələ ilə üz-üzə qoyan əsas səbəblər seçki və korrupsiya oldu.

Hamımız bilirik ki, bizdə seçki keçirilmir və bu proses primitiv bir tamaşadır.

Korrupsiya və rüşvətxorluq isə hamını boğaza yığıb.

Mən hakimiyyəti Misirin faciəsi ilə üzləşməmək üçün bəzi tədbirlər görməyə səsləyirəm.

1) Gömrükdə, Vergidə, hüquq mühafizə orqanlarında aşağı səviyyədə olan rüşvət yığışdırılmalıdır, sərhəd məntəqələrindəki süründürməçilik olmamalıdır.

2) Təhsil və səhiyyədə leqal maaş artırılmalı və rüşvətə son qoyulmalıdır. Dövlət müəssisələrində qanunun tələb etdiyi kimi təhsil və səhiyyə pulsuz olmalıdır. Təhsil ocaqları rektor seçimlərində sərbəst olmalıdır.

3) Məhkəmə sistemində dərhal islahatlar aparılmalı və vəkillik institutu gücləndirilməlidir.

4) İqtisadiyyatda olan aşağı səviyyələrdəki inhisarlaşma götürülməlidir. Mikro-iqtisadiyyatın inkişafına şərait yaradılmalıdır.

5) Əhalinin əsas narazılıq mənbəyi kimi yol polisləri rüşvəti dayandırmalı, süni rüşvət mənbəyi olan texniki baxış ləğv olunmalıdır, İnzibati hüqüqpozmalar haqqında qanunda dəyişiklik etməli – ya cərimə, ya da bal sistemi saxlanılmalıdır.

6) Əhalinin sərbəst toplaşmaq hüququ tanınmalıdır. Dövlət orqanları vətəndaşların şikayətlərinə həssas yanaşmalıdır. Nazirlər, dövlət aparatını təmsil edənlər vətəndaşların qarşısına çıxmalıdır.

Əslində bu siyahını daha da uzatmaq olar. Amma mən kütləvi narazılıq olan ünvanları göstərdim.

Əlbəttə böyük korrupsiya mənbələrinə toxumadım.

Məsələn tenderlərin keçirilməsi, təmir-tikintidə olan yeyintilər, büdcə xərclərinin mənimsənilməsi, neft gəlirlərinin xalqdan gizlədilməsi və s.

http://khuduoglu.wordpress.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG