Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:16

Mədəniyyət və Turizm Nazirliyi də iclas keçirib


Azerbaijan -- Abulfaz Garayev, Minister of Culture, 8Jun2006

Azerbaijan -- Abulfaz Garayev, Minister of Culture, 8Jun2006

Fevralın 3-də Mədəniyyət və Turizm Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazir Əbülfəs Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan idarələrin, şöbələrin, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın artırılması günün mühüm tələblərindəndir.

Nazirliyin mətbuat xidmətinin bu barədə yaydığı məlumatda qeyd olunur ki, “kollegiya iclasında mədəniyyət və turizm sahələrində mövcud olan müəyyən problem və çatışmazlıqlar da müzakirə olunub, nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. İclasda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib”.

Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidməti bu tədbirin Prezident İlham Əliyevin göstərişi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş iclasında verilmiş tapşırıqlarla bağlı keçirildiyini vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG