Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53
Fevralın 1-də Maliyyə Nazirliyində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazir Samir Şərifov bildirib ki, 2010-cu ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilib, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilib. Qeyd olunub ki, son illər ərzində büdcə proqnozlaşdırılması xeyli təkmilləşdirilib, lazımsız xərclərin qarşısı əsasən alınıb.

Ş.Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara konkret tapşırıqlar verib. Nazir bildirib ki, nazirliyin qurumları sahibkarlıq subyektlərində yoxlamalar aparan zamanı qanunvericiliyin tələblərinə riayət etməli, əsassız yoxlamalar aparmamalıdır:

«Bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır».

Eyni zamanda,

- «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın icrası üzrə Nazirliyin 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planının icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli,

- işçilərin peşəkarlığı artırılmalı,

- Nazirliyin «qaynar xətti»nin əhatə dairəsi genişləndirilməli və ictimaiyyətin «qaynar xətt» barədə məlumatlandırılması işi həyata keçirilməli,

- «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununa əsasən açıqlanmalı olan məlumatlar Nazirliyin internet səhifəsində yerləşdirilməli və daim yeniləşdirilməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG