Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:49
Azərbaycanın və dünyanın ən hündür bayrağı yerinə qaytarılıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, dövlət bayrağı yenidən dalğalanır.

Bayraq meydanı yaxınlığında yaşayan sakinlərdən birinin AzadlıqRadiosuna dediyinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yoxdurlar.

Fevralın 2-də səhər saatlarından Dövlət Bayraq meydanındakı bayraq dirəyində problem yaranıb. Dirəyin yaxınlığındakı 9 mərtəbəli binanın sakinləri evakuasiya olunub.

Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, fevralın 2-də gecə saat 3 radələrində Dövlət Bayraq Meydanında güclü küləyin əsməsi nəticəsində texniki xidmətlər tərəfindən bayraq dirəyində titrəmə halları müəyyən edilib. Mütəxəssislər tərəfindən dərhal zəruri və təxirəsalınmaz təhlükəsizlik və profilaktik tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində səhər 6.30 radələrində dirəyin titrəyişləri nizamlanıb.

Dövlət Bayrağı Meydanın tikintisinə 2007-ci ildə başlanıb, tikinti 3 il davam edib. Amerikanın «Trident Support» şirkəti tərəfindən hazırlanmış layihəni Azərbaycanın «Azenko» şirkəti həyata keçirib.

Meydanın ərazisi 60 hektardır. İnşa olunmuş dayağın hündürlüyü 162, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG