Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17

Gəncə Baytarlıq Klinikası fermerlərə mobil tibbi xidmət göstərəcək


Xidmət Klinika ilə fermerlər arasında bağlanan müqavilə əsasında olacaq. Bu barəəd klinikadan məlumat verilib. Bildirilib ki, klinikada hazırda rentgen otağı, USM kabineti müasir tipli cərrahi əməliyyat otaqları, heyvanların qan analizini aparmaq üçün avadanlıqlar mövcuddur.

İri heyvanlarda keysər əməliyyatları, rumenotomiya, dırnaqların işlənməsi, bir çox yoluxmayan xəstəliklərin müalicəsi aparılır, xırda heyvanlar üzərində həm eksperimental, həm də müalicəvi cərrahi əməliyyatlar icra edilir.

Tələbələrin bilik və təcrübələrinin artırılması, baytarlıq ixtisasını dərindən mənimsəmələri məqsədi ilə 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Baytarlıq Klinikası yaradılıb.


Respublikada yeganə olan klinakada həmçinin ev quşları, it, pişik və digər ev heyvanların müalicəsi də təşkil olunur. Klinika yeni fəalliyyətə başladığından bu xidmətlər pulsuzdur. Heyvan sahibləri yalnız dərman pulunu ödəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG