Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:09
«Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech jurnalistlərə siyasi məhbus siyahısı ilə bağlı səhv məlumat veriblər».

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu həmməruzəçilərin Bakıda keçirdikləri mətbuat konfransında Azərbaycanda belə bir siyahı əldə edə bilmədikləri barədə dediklərini təkzib edir.

Qrupun üzvü - hüquq müdafiəçisi Səadət Bənənyarlı deyir ki, onlar AŞPA-nın ötən sessiyası zamanı siyasi məhbus siyahısını Joseph Debono Grechə veriblər. Bu dəfə Strasburqda olanda - yanvar sessiyası ərəfəsində isə həmməruzəçilərlə görüşə çalışsalar da, qarşı tərəfin belə bir istəyi olmayıb. Belə olanda, onlar 20 nəfərlik siyahını hər iki həmməruzəçinin katibliyinə qoyublar:

«Bakıda onların bizimlə heç bir görüşü olmayıb. Nə üçün bizimlə görüşmədiklərini soruşanda, bildiriblər ki, protokolda belə bir görüş nəzərdə tutulmayıb. Ona görə də həmməruzəçilərin dedikləri tam yalandır. Biz bu bəyanatı qeyri-ciddi hesab edirik».

Fevralın 3-də mətbuat konfransında həmməruzəçilərdən Pedro Agramunt bildirib ki, tərəflərdən siyasi məhbusların siyahısını istəyiblər, amma indiyə qədər onlara belə bir siyahını verən olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG