Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

Misirin Müdafiə naziri Tahirir meydanına gedib


Fevralın 4-də planlaşdırılan kütləvi etiraz askiyası ərəfəsində Misirin Müdafiə naziri Hussein Tantawi müxalifət fəallarının toplaşdığı Tahirir meydanına gedib. Bu gün cümə namazından dərhal sonra prezident Hüsnü Mübarəkin istefası tələbilə ən böyük etiraz aksiyalarından birinin keçirilməsi planlaşdırlır. Müxalifət bugünkü aksiyanı “Cümə əlvidası” adlandırır.

Son iki gündə paytaxt Qahirənin küçələrində Mübarəkin tərəfdarları ilə müxalifət fəalları arasında qanlı toqquşmalar gedir. Ölkəyə 30 ildir rəhbərlik edən prezident dünən bildirib ki, artıq istefa vermək istəyir. Amma istefasından sonra ölkədə xaos yarana biləcəyindən narahatdır.

Bundan əvvəlki çıxışında Mübarək demişdi ki, sentyabrda keçiriləcək növbəti prezident seçkisində iştirak etməyəcək. Misirdə məlumatlar dolaşırdı ki, 82 yaşlı prezident özündən sonra oğlunun dövlət başçısı olmasına çalışır. Amma dünən yeni təyin edilmiş vitse-prezident bəyan etdi ki, Hüsnü Mübarəkin oğlu da qarşıdakı prezident seçkisinə qatılmayacaq.

Müxalifət isə artır 10-cu gündür prezidentin istefası tələbilə aksiyalarını davam etdirir.

“The New York Times” qəzetinin məlumatına görə ABŞ rəsmiləri Mübarəkin dərhal istefa verməsi üçün danışıqlar aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG