Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23
Hindistan Müsəlmanları Şurası bu həftənin bazar ertəsi gənclərin mobil telefonlardan istifadəsiylə bağlı fətva verib.

Hindistan mediası, məsələn İndian Express-də yayılan xəbərə görə, şura gənclərin mobil telefondan istifadəsinin əleyhinə çıxır. Xüsusilə də qızların. Bildirir ki, mobil telefonlar istifadəçilərin “utanmaz”, “həyazıs” olmasına yol açır.
Fətvada deyilir ki, “valideynlər əmin olmalıdırlar ki, onların uşaqları, xüsusislə də qızları mobil telefonlardan istifadə etmir. Çünki bu istifadə onları “bihəya” edir.

Şuranın rəhbəri Movlana Taukir Raza bildirib ki, müsəlman ailələri bu xəbərdarlığa əməl etməlidirlər.

Raza əlavə edib ki, bu fətva qız uşaqlarının təhsil almasının, dünya görüşünün əleyhinə yönəlməyib, çünki şura qızların təhsilinə böyük önəm verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG