Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:06

Qarabağ müharibəsi əlilləri ilə bağlı yeni təklif


Azerbaijan – apartment house, where Karabakh war invalids live, Ganja, Jan2011
Azerbaijan – apartment house, where Karabakh war invalids live, Ganja, Jan2011

Qanunvericiliyə edilən müəyyən dəyişikliklərdən sonra mənzil növbəsində dayanan, amma mənzil almamış vəfat etmiş Qarabağ müharibəsi əlillərinin mənzil almaq hüququ ailəsinə veriləcək.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklif irəli sürüb: “Təklif etmişik ki, Qarabağ müharibəsi əlillərinin ailəsi mənzil almaq hüququnu itirməsin. Hesab edirəm ki, bu, daha ədalətli olar. Bu məsələ müsbət həll olunarsa, məsələ ədalətli şəkildə yolunu tapmış olur”.

F.İbrahimov Qarabağ müharibəsi vəfat edəndən sonra onlara dövlət tərəfindən verilən mənzillərin geri alınacağı ilə bağlı səslənən fikirlərin də yanlış olduğunu deyib.
XS
SM
MD
LG