Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10
«2010-cu il ərzində təhlükəli iş şəraitinə görə ölkənin neft sektorunda 10 ölüm hadisəsi baş verib. Bunların 8-i Dövlət Neft Şirkətinin, 2-si isə «Salyan oil» və «Azfen-Tekfen» müştərək müəssisəsinin işçiləridir. İl ərzində xeyli əmək hüquqlarının pozulması faktları qeydə alınıb. Qanun pozuntuları nəticəsində Neft Şirkətinin idarə və müəssisələrində çalışan minlərlə insan işsiz qalıb. 2009-cu ildə 22 min 500 nəfərdən çox adam işdən azad edilib, 13 min 600 nəfərədək adamsa işə qəbul olunub».

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının fevralın 4-də açıqladığı hesabatda belə deyilir.

Təşkilat hesab edir ki, bu qədər adamı işdən kənarlaşdırıb yenidən onların yarısı qədər işçi götürmək qanun pozuntusudur.

Hesabatda həmçinin qeyd olunur ki, «2010-cu ildə hüquqlarının pozulması iddiası ilə 70 nəfər neftçi təşkilatın xətti ilə məhkəməyə müraciət edib. Onlardan 37 nəfərin iddiasına baxılıb, 33-dən isə imtina edilib. Baxılan iddialardan 25-i təmin olunub».

Neft və Qaz Sənayesi Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Əliyev isə hesabatı mübahisəli sayır:

«İşçilərin sayının 13 min nəfər artması əlavə işçi götürülməsi deyil, bu, «Azərkimya» və «Azəriqaz»ın da ARDNŞ-ə daxil olması hesabına baş verib. Hazırda Neft Şirkəti işçilərinin ümumi sayı təxminən 85 min nəfər civarındadır. Amma bunların 6 minə qədəri «Azərkimya»nın, 12 minə qədəri isə «Azəriqaz»ın işçiləridir. Ona görə də bu qədər işçinin götürüldüyünü demək tamamilə yanlışdır».

C. Əliyev deyir ki, işdən getmələr isə əsasən yaşlı işçilərin təqaüdə göndərilməsi ilə bağlı olub:

«Elə sahələr var ki, orada haradasa 15 minədək kifayət qədər yaşlı adam işləyirdi. Onlar daha cavan kadrlarla əvəzlənib».

Şərhləri göstər

XS
SM
MD
LG