Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

Qəzaya uğrayan hərbi təyyarə təlim keçirmiş


Müdafiə Nazirliyinin mətbuat xidməti fevralın 3-də Kürdəmi rayonu ərazisində baş verən hərbi təyyarə partlayışı ilə bağlı açıqlama yayıb. Məlumatda deyilir ki, fevralın 3-də saat 17.25-də Hərbi Hava Qüvvələrinə məxsus SU 25 hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

Təyyarənin qabaq şassisi açılmadığından ekipaj bir ençə dəfə yerə enmək üçün təlimata uyğun bütün tədbirlərdən istifadə edib. Lakin şassi yenə də işə düşə bilməyib.

Bu müddət ərzində ekipaj komanda məntəqəsi ilə daimi əlaqədə olub. Sonda yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Hadisənin səbəbləri araşdırılır.
XS
SM
MD
LG