Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:03

Misirdə "Cümə Yolasalması" nümayişi gözlənir


Misirin müdafiə naziri Hüseyn Tantawi Qahirənin Təhrir meydanına gəlib.

Prezident Hüsnü Mübarəkin istefasını istəyən Misir müxalifətinin bu gun "Cümə Yolasalması" adlandırdığı böyük etiraz aksiyası keçirəcəyi gözlənir. Yeni baş nazir Əhməd Shafiq deyib ki, daxili işlər naziri dinc nümayişə mane olmamalıdır.

Ancaq ABŞ Dövlət Departamenti deyir ki, qarşıdurma gözlənir.
Fevralın 3-də Hüsnü Mübarək bildirib ki, o istefa vermək istəyir, ancaq Misirdə xaos yaranacağından narahatdır.

Mübarəkin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda xeyli yaralı və ölən var.

Vitse-prezident iqtişaşları qızışdırmaqda əcnəbiləri günahlandırandan sonra xarici media nümayəndələri də hədəfə alınıb.

Nyu-York times xəbər verir ki, ABŞ rəsmiləri Hücnü Mübarəkin təcili istefa verməsi üçün Misir rəsmiəri ilə danışıq aparırlar.
XS
SM
MD
LG