Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02
Biri var idi, biri yox idi, özünü hər şeydə Birinci görrmək istyəyən bir ölkə var idi.

Bu ölkə dəftərinə ləkə salıb bulayan, bu səbəbdən də dəftərinin vərqlərini cırıb təzədən yazan uşaq kimi tarixini unutmaq üçün, yaxud da əziyyət çəkib heç yadda saxlalmamaq üçün əlifbasını da tez-tez dəyişdirirdi.

Hər dəfə də köhnə əlifbalı kitablarıdan tonqal düzəldib his uda-uda üstündən o yna-bu yana hoppanır və bu yiolla qızışırdı.

Əlifbalarda gah yazı xəttinin başı xoşuna gəlmrdi, gah da quyruğu.

Dədə-babadan qalan öz əlifbası isə çoxdan itmişdi, onu heç axtaran da yox idi.

Əsas bu idi ki, əlifbası elə olmalıydı ki yazılanda adı birinci olsun, vəssəlam. Yəni sıra ilə başlayanda birinci yazılsın. Bu ölkə əlifbadan tutmuş, ensiklopediyalara kimi, idman yarışlarına kimi adının birinci yerə düşməyini çox xoşlayırdı.

İnsafən, bunu pis bacarmırdı. Hər şeydə biririnciliyi sevməklə biri də sevirdi.

Bir dənizi, bir şəhəri, bir dostu, bir düşməni və bir də bir rəhbəri var idi.

Bircə rüşvəti çox idi. Yəni əslində bu işdə də birinci idi.

Amma günlərin bir günü bu olkənin Prezidenti ağlına nə gəldisə baltanı əlinə götürüb nazirlər kabinetinin bütün adlı-sanlı məmurlarının geniş iclasını çağırdı.

Həmişə ehtiyatlı olan məmurlardan bu dəfə iclasa pamperssiz gələn-lərin işi yaş oldu.

Prezident bir əlini yaraşıqlı şalvarınını cibinə qoyub o biri əlindəki baltanı yuxa-rıya qaldırıb dedi:

- Bunu görürsünüzmü?!

Onsuz da həmişə nədəsə suçlu olan məmurlar baltanı görəndə başlarını utancaq qız kimi aşağı saldılar və gözlərini qaldırmadan dedilər:

- Bəli görürük, Cənab Prezident!

- Onda yadınızda saxlayın! Biz hər şeydə birinci olmalıyıq, amma qonşulardan biri bizi qabaq-lamaq istəyir. - Məmurlar dərindən nəfəs aldılar, deyəsən təhlükə sovuşurdu. - Biz dünyada ən qabaqcıl rüşvətalmazlar olkəsi qurmalıyıq. -

Məmurların bəzisi elə başa düşdü ki, rüşvəti ancaq almazlar şəklində almaq lazım olacaq.

Maraqla qulaqlarını şəklədilər. Prezident davam etdi: - Biz rüşvətin kökümü kəsməliyik, özü də bunu mən əmr edirəm! - Məmurlar başlarını aşağa salıb yasa batdılar.

Bu hində iki nəfər cangüdən iri bir ət kötüyü gətirib kabinetə qoydular. Cavan bir qız da əlində qırmızı ipək lentlə bağlanmış yaraşıqlı bir mavi atlas üzlü qutu ilə gəlib kötüyün yanında durdu.

Qız özü də yaraşıqlı idi, düz və hamar ayaqları vardı, ancaq dizdən yuxa¬rısını görmək olmurdu, çünki heç kim cəsarət edib baxışlarını yuxarı qaldıra bilmirdi, ancaq gözaltı baxırdılar.

Məntiqi düşünəndə qızın üzü hicabsız da ola bilərdi.

Qeyd edək ki, məmurların əksəri erkək cinsə məxsus idilər, amma Prezident sarayına gələndə instktiv olaraq çoxunun cinsi dəyişərək orta hala keçirdi.

Yəni nə erkəkdə erkəklik, nə də dişidə də dişikik qalmırdı, çünki belə olanda təhlükəsizlik artırdı.

Məmurların qıza baxdıqda bəziləri iştahlansalar da baltanı görəndə qıçları və qolları əsirdi.

Bu hində gözəl ərəb xanımları göbəkatdı rəqsində heç o cürə can əsdirə bilməzdilər. Baltanın parıltısı adamın gözlərini qamaşdırır, olub-qalan ağlını da aparırdı.

Məmurların boynu, qolu, topuqları gicitkən dalamış kimi həm gicişirdi, həm də sızıldayırdı, axı balta zərbəsinin bədənin hansı hissəsi üçün nəzərdə tutulduğunu heç kim bilmirdi.

Gözəl qız Prezidentin işarəsi ilə qutunun ipək lentini açdı, amma qapağını qaldırmadı.

Sağ əlində iti baltanı hazır tut¬muiş Prezident sol əlini cibindən çıxarıb qutunun qapağını qaldırdı və içindən möcüzəli bir şey çıxardı.

- Bu nədir? - deyə o üzünü məmurlara tutub soruşduqda ortalaığa lal bir süküt çökdü. O, yenidən sualını təkrar etdi. - Bu nədir, sizdən soruşuram?!

Bu dəfə hamının nəzərləri Prezidentin göyə qaldırdığı əlinə tərəf yönəldi. Məmurlar dərslərini bilməyən uşaqlar kimi susurdular.

Onun sol əlindəkinin nə olduğunu heç kim anlaya bilmədi.

Əslində o çox sadə və adi bir şeyə, mədəni deyilsə predmetə bənzəyirdi.

İkiölçülü ağ vərəq üstündə onu təsvir etsək, bir növ uzunsov formalı, oturacaçı çox kiçik görünən, narıncı-qızılı rəngə çalan iti üçbucaqşəkilli bir fiqur idi.

Oturacağındakı yaşıl çıxıntıları yarpaqlar da hesab etmək olardı. Ola bilsin doğrudan da onu tərəvəz bitkisi saymaq olardı.

Bunun bazarda satılan oxşarlarına xalq arasında "kök", yaxud "yerkökü" də deyilirmiş.

Amma yüksək rütbəli məmurların bazarda nə işi var ki, hər şey onlara hazır gəlir.

Gənc məmurlardan biri istədi əlini qaldırıb cavab versin, amma yaşlı yoldaşlarına baxıb susdu.

Görünür, onlar da bunun nə olduğunu dərk edirdilər, amma təcrübələrinin çoxluğundan susmağı üstün tuturdular.

Prezident bir əlində balta, o birində naməlum predmet, hələlik onu "x"- lə işarə edək, cərgənin qarısından keçərək onu bir-bir məmurların ağzına və gözlərinə soxacaqmış kimi nümayiş etdirdikdən sonra yenidən gəlib kötüyün yanında dayandı və dedi:

- Bax, bu sizinn nəfsinizin doymadığı, yüksək maaşlarınızadan əlavə haram yolla aldığınız rüşvətdir, onun köküdür, simvoludur. Mən onu bu gündən kəsəcəyəm! - Deyərək "x" kimi qəbul etdiyimiz rüşvətin kökünü kötüyün üstünə qoyuib baltanı endirdi.

Məmurların çoxusu boynunun arxasında telepatik şəkildə qəbul edərək küt bir zərbə hiss etdilər.

Kök şəkilli predmet, yəni rüşvətin "x" ilə işarə etdiyimiz simvolu iki bölündü. Yarı böllündü demək düzgün olmazdı.

Yəni ki, "bu sizin olsun, bu da mənim” məsələsi kimi. Prezident baltanı kötüyün üs¬tünə qoyub, sonra cibindən qələmini çxardı.

Məmurların bəziləri baltadan daha çox qələmdən qorxurdu, axı qələm görən işləri balta görə bilməz!

Prezident cənabları stolun üstündəki Sərəncam yazılmış blankı havaya qaldırıb hamıya göstərdi və ucadan, zənmli səslə oxumağa başladı:

N Ölkəsinin Prezidentinin Sərəncamı:

Cəmiyyət, xalq, millət və dövlət üçün əsaslı əhəmiyyəti olduğunu nəzərə alıb aşağıdakıları qərara alıram.

SƏRƏNCAM 1:

Müharibə vəziyyətində olan ölkədə rüşvətin milli təhlükəsizliyə və milli mövcudluğa qarşı çiddi təhlükə yaradığını nəzərə alaraq,
Sərəncamlayıram:
1. Rüşvəti qadağan edirəm.
2. Rüşvəti almaq və vermək bərabər cinayət sayılsın.
3.Rüşvət verənlərin əli kəsilsin.
4.Rüşvət alanların ataları yandırılsın.
5. Sərəncam Şəvval ayınını 1-dən qüvvəyə minir.

N ölkəsinin Səlahiyyətli Prezidenti,
15 şaban, Hicri 2010 -cu il, N ölkəsi, M şəhəri, K sarayı.

Sonra kürsüsünə əyləşib imza atdı. Möhürü çıxarıb üstünə basdı.

Başını qaldırıb məmurlarıana baxanda zalı gurultulu çapanlar bürüdü.

***

Ertəsi günü müxalifətçi qəzetlərin verdiyi məlumatlara görə Prezident Sərancamı məmurları bərk təşvişə salmış və əhali içərisində isə sevinc qarışıq xof da yaratmışdı.

Təcili Selektor Qurultayı çağıran məmurlar gecəni sübhə kimi aktivliklərini gücləndirərək bərk çalışmışlar.

Elektrik enerjisi istehsal edən su elekrik stansiyalarının anbarlarındakı su intensiv iş şəraitini saxlamaq üçün yarıya qədər azalmış, buraxılan su təsərrüfat sahələrini basmış, istilik-elektrik stansiyalarındakı buxar qazanlarının bəziləri təzyiqə davam gətirməyərək çat vermişdi.

Gələcəkdə İran kimi atom elektrik stansiyası tikmək qərara alınmışdır.

Müxbirlərin bildirdiyinə görə, Sərəncamı atası rəhmətə getmiş məmurlar nisbətən təmkinlə qarşılamışlar.

Digər məmurlar isə, imkanları daxilində atalarını təcili olaraq xarici ölkələrə yola salmış və yaxın zamanlarda atalarının vətədaşlıqlarını dəyişdirməyi nəzətdə tuturlar.

Bir qisim atalar zəvvar libasında yaxın şərq ölkələrinə, yenicə vəzifə alanların ataları isə Gürcüstan, İran, Rusiya kimi qonşu ölkələrə səfərə hazırlaşırlar.

Müxbirin yazdığına görə Sərəncamdan yaxa qurtarmaq üçün Ermənistana da gedənlər var.

16 şaban, "Tərs-Ovand" qəzeti.

***

N ölkəsinin Sənaye və Tcarər Nazirliyinin bülletenindən:

Müasir elmi-texnoloji inkişafdan geri qalmamaq məqsədilə, günün və zamanın tələbi ilə ayaqlaşaraq Nazirlik Yaponiyanın "Mitsubisi -Musimusi" korporasiyası ilə birlikdə sərbəst idarə oluna bilən, alan-verən, uzağı-yaxını görən və proqnozlaşdıra bilən, odda yanmayan, suda batmayan, yüksək sürətlə uça bilən, qaça bilən, quyuruq ələ verməyən robotlar istehsalına başlayacaq.

Yaponiyadan hissələr şəklində gətirilən robotlar Nazirliyin boş qalmış gömrükxana anbarlarında yerli əhalidən müsabiqə yolu ilə seçilmiş işçilər tərəfindən quraşdırılacaq. Beləliklə ölkədə işsizliyə daha bir zərəbə vurulcaq.

Robotların proqramları yeni və yerli şəraitə tam adaptasiya olunacaq. Bütün vətəndaşların şəxsi robotlar sifariş vermək və robotları uzunmüddətli kreditlə əldə etmək imkanları olacaqdır.

16 şaban, Hicri, 2010-cu il, N ölkəsi, M şəhəri.

***

N ÖLKƏSİNİN PREZİDENTİNİN SƏRƏNCAMI:

SƏRƏNCAM 2:

Ölkənin ictimai-iqtisadi-siyasi vəziyyətini nəzərə alaraq Sərəncam verirəm:

1. Bahalı və gərəksiz robot texnikasının ölkə ərazisində quraşdırılması, istehsalı və istifa¬dəsi qadağan edilsin.
2. Atası ölkədə olmayan, atasından xəbərsiz məmurlar dövlət qulluğunda çalışmaqdan azad edilsinlər.
3. Rüşvət cinayətkarlığına zamanca məhdudiyyət qoyulmasın.

17 şaban, Hicri 2010 - cu il, N ölkəsi, M şəhəri, K sarayı.

***

18 şaban, Hicri 2010-cu il, N ölkəsi, M şəhəri.

Şəhər bayram əhval-ruhiyyəsindədir. Karusellər fırlanır, uşaqların qəhqəhələri böyüklərin sevincinə qarışıb.

Rüşvət üçün nəzərdə tutulan pulları xalq sevincindən sağa-sola xərcləyərək kef edir.

Geçələr idarə binalarında səhərə qədər işıqlar yanır. Qəzetlərin tirajı sürətlə artır. Müxalifətçi "Tərs -Ovand "qəzetinin redaksiyası iki yerə bölünüb nəşrə başlamağı planlaşdırır.

***

19 şaban, Hicri 2010-cu il, N ölkəsi, M şəhəri.

Dövlət Terminalogiya Komitəsinin Fövqəltəcili buraxılış Bülleteni:

Görkəmli dövlər xadimlərinin və hörmətli iş adamlarının arzu və təkliflərini, həmçinin milli dilimizin, onun məna çalarının daha da inkişafı naminə, o cümlədən Dahi İngilis alimi Çarlz Darvinoğlunun təkamül nəzəriyyəsini nəzərə alaraq, həmçinin təbiəti qoru¬mağın və təbiətdə ekoloji balansın tarazlığının vacibliyindən, hər bir şəxsin valideyninin adını dəyişərək və bəşəriyyətə bir çox xirmətlər göstərmiş at, ulaq, qoyun, keçi, köpək və s. adları ilə əvəz edə bilərlər.

Məsələn, kişi adları kimi bəlli olan, Boran, Turan. Tufan, Bayram, Dəmir, Daşdəmir və İnqilab kimi adlar da məcazi məna daşıyır.

Bu halda bir əlavə fayda yaranır ki, insanlar üçün nəzərdə tutulan cəza tədbirləri heyvanlara şamil edilə bilinməz. Dövlət mükafatlar hər iki hal üçün etibarlıdır.

Cənab Prezidentin Sərəncamlarına daha da yaxşı əməl etmək və ondan nəticələr çıxarmaq üçün Dövlət Terminalogiya Komitəsi "rüşvət", "al-ver" kimi insan ləyaqətini alçaldan sözləri lüğətdən silir və işləklikdən çıxarır. Onların əvəzinə mədəni və gözəl səslənən "hörmət" və "pay-püş" təklif edilir, eyni zamanda yeni redaktədə "alver" əvəzinə "al-al", "ver-ver" varinatlaı da layihə kim baxılır.

***

20 şaban, Hicri 2010-cu il, N ölkəsi, M şəhəri.

Müxalifətin parçalanıb gündüzlər çıxmağa başalayan "Tərs" qəzeti köşə yazısında yazır."Tarixən gözəl və milli heyvanlarımız olan at, ulaq, qoyun və onları bəsləməkdə səda¬qətlə xidmət etmiş olan köpəklərimizə, ruşvətxor məmurların öz atalarını bənzətəmək cəhdləri əslində heyvan və vicdan azadlığını kobud surətdə pozmaqdır. Biz bunlara qəti surətdə etiraz edirik, Avropaya şikayət edəcəyik."

Qaranlıq düşəndən sonra çıxmağa başlamış "Ovand" axşam qəzetinin yazmağna görə müxalifətçilər piket də keçirmək fikrindədirlər.

***

N Ölkəsinin Prezidentinin Sərəncamı:

SƏRƏNCAM 3.

İnsan və heyvan hüquqlarını qorunmasının olkə daxilində və beynəlxalq aləmdə əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. İnsanlara heyvan, heyvanlara insan adı verilməsi bütün vətəndaşlara şamil edilməklə qadağan sayılsın.
2. Bu sonuncu xəbərdarlıqdan hər kəs öz payını götürsün!

21 şaban, Hicri 2010 -cu il, N ölkəsi, M şəhəri, K sarayı

***

22 şaban

Cənab Prezidentin Sərəncamında belə bir açıq şəkildə göstəriş nədənsə ölkədə çox böyük çaş-başlıq yaratdı. Eyhamlı danışmağı öyrənmiş, almağı-verməyi yaxşı bacaran bu insanlar "pay götürmək" məsələsində bərk ilişmişdilər.

Əslində məmurların payı çoxdan çatmışdı, bəs onda bu təzə pay idimi və hansı fonddan gəlməli idi?!

Müxalifətçilər də bir-birinin üzünə baxa-baxa qalmışdılar. Çıxardıqları nəticəyə görə, sən demə onlara da pay düşürmüş, bu biri nəinsaflar basıb yeyirmiş! Heç xilafat vaxtı da belə haqsızlıqlar yox imiş.Kül başına XXI əsr!

"Tərs" və "Ovand" qəzetləri yeni seçim ərəfəsində idi, ya yenidən birləşməli, ya da ölüm-dirim müabarizəsinə başlamalı idilər.

***

28 şaban.

Son sərəncamdan sonra bir müddət qurbağalı göllərə daş atılmış kimi kimsədən səs çıxmadı. Sanki tufanqabağı sükut idi.

Bütün dünya dövlətlərinin kəşfiyyat xəfiyyələri qulaqlarını şəkləyir, burunlarını havaya tutub iyləyir və şifroqramalarında dəyişikliklər edirdilər.

N ölkəsinin təhlükəli düşməni olan təcrübəli qoca erməni kəşfiyyatçısı, başı əsə-əsə neçə qutu siqaret tüstülədib nəhayət Sərəncam dərc olunmuş qəzeti kənara qoydu. Bir şüşə arağı boşaldıb bir baş sarımsaq şorabasını aşırandan sonra ölkəsinə "Son dərəcə məxfi!" qrifi ilə şifroqram göndərdi:

"Ara, ehtiyatlı olun! Ayın birində bu torklar gəlib bizi qıracaq! Prezidentləri deyir ki, hər kəs öz payasına götürsün!"


17.11. 2010, MOSKVA

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG