Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:00

"Müsavat və AXCP-nin mənimlə görüşməməsini unutmayacam"


Avropa Şurasına üzv dövlətlərin bayraqları, 9 may 2010

Avropa Şurasına üzv dövlətlərin bayraqları, 9 may 2010

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech Bakı İstintaq Təcridxanasında saxlanılan "Реальный Азербайджан" və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru ilə görüşüblər. Onlar jurnalistlə yarım saat söhbət edib, onun işi ilə tanış olduqlarını deyirlər.

Fevarlın 3-də Azərbaycana üçgünlük səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirən həməruzəçilər rəsmi qurumlarla bütün görüşlərdə də Eynulla Fətullayevin işini müzakirə etdiklərini deyirlər.

RƏSMİLƏRİN İZAHI: JURNALİST ƏVVƏLKİ İDDİA İLƏ AZAD OLUB, AMMA YENİ İDDİA İLƏ HƏBSDƏDİR

Mətbuat konfransında soruşduq ki, Avropa İnsan Haqları Məhkəməsi jurnalistin dərhal azadlığa buraxılması ilə bağlı qərar verib, onların fikrincə, belədə, niyə jurnalist azadlığa buraxılmır?

Pedro Agramunt: Görüşdüyümüz rəsmilərin cavabı ondan ibarət oldu ki, əvvəlki ittihamlarla bağlı Avropa Məhkəməsinin qərarı yerinə yetirilib, jurnalist azad olunub, amma onun haqqında ikinci - yeni idda irəli sürülüb, jurnalist həmin iddiaya görə həbsdədir.

HƏR ŞEY HESABATA YAZILACAQ, AMMA HESABAT NƏ ZAMAN HAZIR OLACAQ?

Pedro Agramunt
Pedro Agramunt bildirir ki, onlar bürün məsələləri hazırlayacaqları hasabatda qeyd edəcəklər. Amma hesabat nə vaxt hazır olacaq sualına həmməruzəçilərdən heç biri konkret cavab verməyib.

- Eşitdiklərimizi, gördüklərimizi bir hesabat formasında hazırlamağı planlaşdırırıq, biz indi hansısa konkret məsələ ilə bağlı mövqe ifadə etmək istəmirik. Çünki bizim fikirimiz, mövqeyimiz hələ formalaşmayıb. Biz gərək danışaq, müzakirə edək və daha sonra hesabat yazaq.

- Bəs, hesabat nə vaxta hazır olacaq?


- Mən bilmirəm. 10 il ərzində Azərbaycanla bağlı cəmi bir hesabat hazırlanıb. İlk hesabat 2005-ci ildə hazırlanıb. Biz tez bir zamanda hesabat hazırlamağa çalışacağıq, amma 10 ilə bir hesabat hazırlandığından vəziyyət o qədər də sadə deyil.

“MÜSAVAT VƏ AXCP-NİN MƏNİMLƏ GÖRÜŞMƏMƏSİNİ UNUTMAYACAM”


Pedro Agamuntun Müsavat və AXCP-nin onunla görüşdən imtina etməsi məsələsinə də münasibət bildirib. Dediyinə ötən ilin oktyabrında müxalifət partiyalarının görüşdən imtina etməsi onu təəcübləndirb, amma noyabrda gələndə görüş baş tutub.

“Mən onlardan soruşanda ki, niyə əvvəlki görüşə gəlməmişdiniz, onlar dedilər bu bizim strategiyamızdır. İndi bu strategiya mənə aydın deyil. Bilirəm ki, bu onların strategiyası olduğundan bu dəfə görüşə gəlməyiblər. Amma hesab edirəm belə bir görüş hökmən olmalıdır. Şəxsən mənimlə onlar ikinci dəfədir belə hərəkət edirlər. Mən bunu yadımdan çıxarmıyacam. Amma indi bu dəqiqə görüşmək istəsələr mən hazıram”
Həmməruzəçilər Pedro Agramunt (solda) və Joseph Debono Grech (sağda) Bakıda, 3 fevral 2011

Həmməruzəçilər “Qarabağ” blokuna daxil olan “Ümid”, Demokrat, Ziyalılar partiyalarının təmsilçiləri ilə görüşüblər. Dediklərinə görə, Prezident Adminstrasiyası ilə görüşləri olmayıb.

AZƏRBAYCANDA SİYASİ MƏHBUS SİYAHISI YOXDUR?


Azərbaycanda siyasi məhbuslarla bağlı suala gəldikdə Pedro Agramunt bildirdi ki, onlar görüşdükləri bütün tərəflərdən siyasi məhbusların siyahısını istəyiblər, amma indiyə qədər onlara belə bir siyahını verən olmayıb.

AZƏRBAYCAN PARLAMENTİNDƏN XAHİŞ

Pedro Agramunt bildirdi ki, onlar Azərbaycan parlamentindən xahiş ediblər ki, ölkənin Avropa Şurası qarşısında götürdürdüyü öhdəliklərin necə yerinə yetirlməsi ilə bağlı müfəssəl bir sənəd hazırlasınlar.

40 İLİN DEPUTATLARI


Həmməruzəçilərin özlərinin verdikləri məlumata görə, İspaniya parlamentinin üzvü olan Pedro Agramunt 20, Malta parlametinin üzvü Joseph Debono Grech 40 ildir ki, öz ölkələrinin parlamentlərində təmsil olunurlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG