Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

Gömrük Komitəsinin 4 əməkdaşı həbs olunub


«Barəsində bir ildən artıq araşdırma aparılan böyük cinayətkar qrup ifşa olunub. Araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib».

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 3-də jurnalistlərə deyib. O bildirib ki, həmin qrupun 11 üzvündən 4-ü gömrük əməkdaşıdır.

Komitə sədrinin sözlərinə görə, həmin dəstə müxtəlif cinayət əməlləri – sənədlərin saxtalaşdırılması, korrupsiya və sairədə təqsirli bilinirlər.

Aydın Əliyev deyib ki, artır zərərsizləşdirilmiş bu dəstə rüşvətxorluqda, saxta sənədlərin hazırlanmasında, rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunur:

«Hazırda bu istiqamətdə araşdırma davam etdirilir. Dövlət Gömrük Komitəsində daxili təhlükəsizlik idarəsi var. Hər bir gömrük işçisinin davranışı ilə bağlı araşdırmanı bu idarə aparır».

DGK sədri əlavə edib ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında «Gömrük əməkdaşları sizinlə necə rəftar edir» başlığı altında link yerləşdirilib və bu link vasitəsilə komitəyə daxil olan məlumatlar dərhal araşdırılır.

Son üç gündə Azərbaycanın nazir və komitə rəhbərləri ard-arda operativ müşavirə və toplantılar keçirirlər. İşində səhvə yol verən əməkdaşları işdən çıxarır, cəzalandırır, töhmət verirlər. Bütün bunlar Prezident Administrasiyasının rəhbərt Ramiz Mehdiyev yanvarın 27-də Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirəndən sonra baş verir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG